Naxçıvanda ilk qadın kooperativi yaradılır – FOTO

Naxçıvan Muxtar Respublikasında ilk qadın kooperativinin yaradılmasına başlanıb. Bu, həm də Muxtar Respublikada ilk aqrar kooperativ olacaq.

Bizim.Media xəbər verir ki, kooperativ Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə yaradılır.

Kooperativ aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirəcək. Qadın sahibkarlar həm istehsal, həm də satış mexanizmini birgə quraraq, kooperativ təsərrüfatın digər üstünlüklərindən də faydalanacaqlar. Layihə müxtəlif aqrar sahələri əhatə etməklə, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsinə yönəlib.

İlkin mərhələdə süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək kooperativ qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən “Kooperativ quruculuğu” mövzusunda hibrid formatlı seminarda məlumat verilib. Tədbirdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli, həmçinin Azərbaycanda və Türkiyədə uğurlu təcrübəyə malik kooperativ rəhbərləri iştirak ediblər.

Seminar çərçivəsində kooperativlərin yaradılması, idarə olunması, marketinq və satış strategiyaları ilə bağlı təqdimatlar keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində 14 qadın kooperativi yaradılıb. Bu kooperativlər aqrar sektorun fərqli sahələrini əhatə edir və uğurlu fəaliyyətləri ilə qadınların iqtisadi rolunun gücləndirilməsində mühüm yer tutur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Lerikin bu kəndlərində işıq olmayacaq

Lerikin bu kəndlərində işıq olmayacaq

Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL

Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL

Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilir

Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilir

Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Tehrandakı sinaqoqa da zərbə endirildi – VİDEO

Tehrandakı sinaqoqa da zərbə endirildi – VİDEO

Aldığı mükafatı elə səhnədəcə sındırdı - Video

Aldığı mükafatı elə səhnədəcə sındırdı - Video

ABŞ-ın kosmik gəmisi Aya uçuşunu başa vurdu - Yerə qayıdır - VİDEO

ABŞ-ın kosmik gəmisi Aya uçuşunu başa vurdu - Yerə qayıdır - VİDEO

Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!

Yer kürəsi həyəcan təbili çalır: Daşıma qabiliyyəti doldu!

Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

Hikmət Hacıyevdən Gəncə ilə bağlı paylaşım – VİDEO

Dünyanın ən sağlam tərəvəzi seçildi

Dünyanın ən sağlam tərəvəzi seçildi

Köhnə avtomobil sahiblərinə ŞAD XƏBƏR

Köhnə avtomobil sahiblərinə ŞAD XƏBƏR

Sabunçuda fərdi ev çökdü: Dağıntı altında qalan qadın xilas edildi - VİDEO

Sabunçuda fərdi ev çökdü: Dağıntı altında qalan qadın xilas edildi - VİDEO

Küveyt hava bazasına hücum: 15 amerikalı yaralandı

Küveyt hava bazasına hücum: 15 amerikalı yaralandı

Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

End of content

No more pages to load

RADİO