Dövlət Komitəsinin sabiq sədrinin qızı, kollecin keçmiş direktoruna CİNAYƏT İŞİ açıldı

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin keçmiş direktoru Səhər Orucovanın rəhbərliyi dövründə ciddi qanun pozuntularına yol verildiyi iddia edilir.

Bizim.Media xəbər verir ki, bu barədə "Teleqraf"a kollecdə çalışan bir qrup müəllim məlumat verib.

İddialara görə, Səhər Orucova təhsil ocağının imkanlarından ancaq öz maraqları üçün istifadə edib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi kollecdə yoxlamalar aparıb, pozuntuları aşkara çıxarıb.

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) yoxlamaların aparıldığını təsdiqləyib və bunun Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə həyata keçirildiyi vurğulanıb.

"Yoxlamalar nəticəsində S.Orucovanın əmək fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə və küllü miqdarda mənimsəmə halları müəyyən edilib. Aparılmış araşdırma materialları əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə) maddələri üzrə cinayət işi başlanılıb", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, bununla əlaqədar EATDA-nın 30 iyun 2025-ci il tarixli müvafiq əmri ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi səbəbindən xitam verilib.

Səhər Orucova açıqlamasında barəsində səslənən iddialarla bağlı məlumatsız olduğunu deyib:

"İlk dəfədir, haqqımda belə fikirlər eşidirəm. Bunlar səhv məlumatlardır. Cinayət işi ilə bağlı da xəbərsizəm, bunu da ilk dəfə eşidirəm", - sabiq direktor bildirib.

Məsələ ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat idarəsinə də sorğu ünvanlanıb.

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Lənkəranın iki kəndində su kəsiləcək

Lənkəranın iki kəndində su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlandı

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

End of content

No more pages to load

RADİO