Qarabağ Universitetinin Tibb fakültəsində tədris bu formada TƏŞKİL OLUNACAQ – FOTO

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.

Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb.

Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək.


Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq.

Qarabağ Universitetinin klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev jurnalistlərə açıqlamasında bildirib ki, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək.

Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.


Qeyd edək ki, klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb.


Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək.

Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb.

Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.


Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir.

Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu həftə üç BÜRC üçün qızıl dağlar vəd edildi

Bu həftə üç BÜRC üçün qızıl dağlar vəd edildi

Rusiyanın SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumunun ANBAAN VİDEOSU

Rusiyanın SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumunun ANBAAN VİDEOSU

Kiyevə kütləvi hava zərbələri endirildi - Ölənlər var - VİDEO

Kiyevə kütləvi hava zərbələri endirildi - Ölənlər var - VİDEO

Şükürbəyli kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Şükürbəyli kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

ABŞ Estoniyadakı qoşunlarını tamamilə çıxardı - VİDEO

ABŞ Estoniyadakı qoşunlarını tamamilə çıxardı - VİDEO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

End of content

No more pages to load

RADİO