Bəzi dövlət orqanlarında yeni rəhbərin gəlişi ilə əvvəlki kollektiv səbəbsiz işdən çıxarılır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisdəki çıxışında deyib.
O bildirib ki, bəzi hallarda yeni kadrın təyinatı ilə dövlət orqanlarında əvvəlki kollektivin səbəbsiz işdən azad edilməsi problemi yaşanır.
“Mən deyərdim ki, bir çox hallarda yeganə səbəb azad olunmuş kadrın yaşının yeni təyin olunmuş rəhbərin yaşından çox olmasıdır. Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcürbəyə malik kadrlar işdən çıxarılır, mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsiz qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır”.
Bizim.Media