Müəllimlərin kənd məktəblərində işləməsini necə TƏŞVİQ ETMƏK LAZIMDIR? – ARAŞDIRMA

Bu il 4500-ə yaxın müəllim işə qəbul edilib. Lakin bölgələrdə, xüsusilə, ucqar kəndlərdə müəllim çatışmazlığı problemi qalmaqdadır. Müəllimlərin işə qəbulu imtahanından uğurla keçən gənclər kənd məktəblərindəki vakant yerləri seçsələr də, bəzən orada işləməkdən imtina edirlər. Buna səbəb isə həmin kəndlərdə normal infrastrukturun, yol şəraitinin olmaması, kəndlərə qaz, internet xəttinin çəkilməməsidir.

Yalnız öz peşəsini bütün çətinliklərdən üstün tutan, ölkənin ən ucqar nöqtəsində ona ehtiyac olduğunu hiss edən tək-tük müəllimlər şərtlərə boyun əyib, gənc nəslin yetişməsində rol sahibi olurlar.

Dövlət tərəfindən müəllimləri kənd məktəblərində işləməyə cəlb etmək üçün həvəsləndirmə (H1 və H2) tətbiq olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Eyni proqram, müxtəlif nəticə - Lisey və gimnaziyaların məktəblərdən ƏSAS FƏRQİ


Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarı ilə bölgələrə işləməyə gedən 35 yaşadək müəllimlərin əməkhaqqına rayon mərkəzindən uzaqlığa görə 3 il olmaqla iki adda əlavə ödənişlər edilir.

H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə  20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Hazırda həvəsləndirmənin məbləği H1-90 manat, H2-190 manat (90 manatdan vergi tutulmaq şərtilə) müəyyən olunub. Əgər həmin müəllim 3 ildən artıq həmin və ya digər kənd məktəbində işləməyə davam edərsə, daha 2 il həmin güzəştlərdən yararlana bilər.

Lakin bu güzəşt kəndin mərkəzdən uzaqlığına görə təyin edilir. Həmin kəndin şəraiti, yolunun asfalt oub-olmaması, qaz, işıq, internet və mobil rabitənin işləkliyi nəzərə alınmır.

Bəs müəllimləri kənd məktəblərində işləməyə həvəsləndirmək üçün daha hansı addımlar atılmalıdır?

Mövzu barədə Bizim.Media-ya danışan Milli Məclisin üzvü Elnarə Akimova deyib ki, rayon və kənd məktəblərində müəllim çatışmazlığının səbəbləri yalnız maaş məsələsi ilə bağlı deyil.

Onun sözlərinə görə, bu həm də sosial-məişət şəraitinin o qədər də əlverişli olmamasından irəli gəlir:

“İnsanların rayon və kəndlərdə yaşamaq və işləməsi üçün şəraitə ehtiyacı var. Əgər kənddə normal yol, internet, sosial həyat yoxdursa, heç bir gənc uzun müddət orada qalmaq istəmir. Hazırkı 90-190 manatlıq əlavə müvəqqəti motivasiya yaradır, amma uzunmüddətli həll deyil.

Yaxşı olardı ki, əlavə maaşların müddətini yalnız 3 illə məhdudlaşdırmaq yox, daimi etmək reallaşaydı. Eyni zamanda regionun şəraitinə görə diferensiallaşdırmaq daha uyğun variantdır. Məsələn, infrastruktur tam olan kəndlə, interneti, qazı, yol şəraiti olmayan kənd üçün eyni əlavənin verilməsi ədalətli deyil. Daha çətin şəraitli kəndlərə daha yüksək əlavə müəyyənləşdirmək olar”.

Deputat qeyd edib ki, müəllimlərin sosial paketlərinə güzəşt əlavə etmək də çıxış yolu kimi nəzərdə tutula bilər:

“Mənzil kirayəsi üçün yardım, kreditlərdə faiz subsidiyası və s. Çətin şəraiti olan kəndlərdə müəllimlər üçün xidmət mənzillərinin tikilməsi və ya kirayə evlərin dövlət tərəfindən təmin olunması da yaxşı olar. Digər tərəfdən, rayonlarda işləyən müəllimlərin sertifikasiya, direktor köməkçisi, metodist və s. vəzifələrdə seçim zamanı karyera yüksəlişinə üstünlük verilməsi onlara kömək edən vasitələr kimi uğurlu variantlardan biridir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlandı

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO