Kredit borcu olanların NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb.

Milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, problemli kreditlərin (ödəmə müddəti 90 gündən çox gecikmiş kreditlərin) artması bank sistemi və iqtisadiyyat üçün ciddi riskdir:

“Azərbaycanda bu problemin “şişməsi” həm bankların maliyyə sabitliyinə, həm də vətəndaşların etibarına mənfi təsir göstərir. Problemin qarşısını almaq üçün bir neçə istiqamət önə çıxır. Kredit verərkən müştərinin real gəlir və ödəmə qabiliyyətini daha dəqiq qiymətləndirmək lazımdır. Kredit skor sistemini gücləndirmək, kredit tarixçələrinin daha şəffaf paylaşılmasını təmin etmək gərəklidir. İstehlak kreditlərində “tez pul qazanmaq” yanaşmasından uzaqlaşmaq artıq dövrün tələbidir”.

Tənzimləyici tədbirlər

Müsahibimiz hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) banklardan daha sərt risk idarəetməsi tələb edə bilər:

“Problemli kreditlər üzrə ehtiyatların artırılması (yəni bankın gecikmiş kreditlərə qarşı ehtiyat fondu) yaradıla bilər. Kreditləşmə limitlərinin sektorlar üzrə balanslı bölünməsi (tikinti, ticarət, kənd təsərrüfatı və s.) də vacibdir. Borcların restrukturizasiyası (müddətin uzadılması, faizlərin azaldılması) aparılmalıdır. Güzəştli kredit proqramlarının (məsələn, sahibkarlığa dəstək fondunun) daha səmərəli işlədilməsi təmin edilməlidir. Maliyyə savadlılığının artırılması ilə əhali kredit götürərkən riskləri daha düzgün qiymətləndirə bilər”.

İqtisadi mühitin sabitliyi

Akif Nəsirli onu da əlavə edib ki, yüksək inflyasiya, işsizlik və gəlirlərin zəif artımı kredit ödəmə qabiliyyətini zəiflədir:

“Ona görə iqtisadi sabitliyin qorunması, məşğulluğun artırılması, real gəlirlərin yüksəldilməsi əsas faktorlardandır. Hesab edirik ki, bu sahədə texnoloji həllər vacibdir. “Rəqəmsal kredit reyestri”nin tam işlək olması vəziyyəti aydınlaşdıra bilər. "Big data" və süni intellektlə risklərin proqnozlaşdırılması – yəni müştərinin gələcəkdə gecikmə ehtimalının əvvəlcədən hesablanması mümkündür. Azərbaycanda problemli kreditlərin ən çox toplandığı sahələr bir neçə istiqamətdə cəmlənir. Statistikaya və iqtisadi vəziyyətə əsasən bunları qeyd etmək olar”.

Hansı sahələrdə problemli kreditlərin həcmi daha böyükdür?

Müsahibimiz deyir ki, bu məsələdə istehlak kreditləri (xüsusilə də nağd və məişət texnikası krediti) daha çox paya malikdir:

“Əhalinin gəlirləri çox vaxt qeyri-sabit olduğu üçün istehlak kreditlərinin ödənilməsində gecikmələr artır. Xüsusilə maaşı aşağı olan təbəqə borc öhdəliyini daşımaqda çətinlik çəkir. Tikinti və daşınmaz əmlak sektoru bu baxımdan ikincidir. Mənzil tikən şirkətlərə verilən iri həcmli kreditlər risklidir. Satış bazarı zəifləyəndə (məsələn, alıcılıq qabiliyyəti azalanda) tikinti şirkətləri bank borcunu qaytara bilmir.

Kiçik və orta biznes kreditlərində də problem var.

Xüsusən pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri ləngiyir. Rəsmi olmayan dövriyyə və qeyri-şəffaf uçot borcların ödənilməsini daha da çətinləşdirir. Kənd təsərrüfatı sektorunda isə kreditlər mövsümi gəlirlərdən asılıdır. Təbiət şəraiti pis olanda və məhsuldarlıq azalanda fermerlər borclarını qaytarmaqda çətinlik çəkir.

Xarici valyutada götürülən kreditlərdə xeyli problemler mövcuddur. Manatın məzənnə riskləri (2015-ci devalvasiyasında olduğu kimi) borcalanların ödəniş qabiliyyətini kəskin zəiflədir. Bu səbəbdən dollarla kreditlər ən çox problemli portfelin içindədir. Yəni problemli kreditlərin ən yüksək payı istehlak və biznes kreditlərindədir. Lakin iri risklər əsasən tikinti sektoru və xarici valyuta ilə verilmiş kreditlərdən qaynaqlanır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumunun ANBAAN VİDEOSU

Rusiyanın SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumunun ANBAAN VİDEOSU

Kiyevə kütləvi hava zərbələri endirildi - Ölənlər var - VİDEO

Kiyevə kütləvi hava zərbələri endirildi - Ölənlər var - VİDEO

Şükürbəyli kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Şükürbəyli kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

ABŞ Estoniyadakı qoşunlarını tamamilə çıxardı - VİDEO

ABŞ Estoniyadakı qoşunlarını tamamilə çıxardı - VİDEO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

End of content

No more pages to load

RADİO