Xocalıda Prezidenti güldürən Rahul: Özünə doğma bildiyi adamlara belə deyir - VİDEO

Prezident İlham Əliyev ötən günlərdə Qarabağ bölgəsində səfərdə olub. Dövlət başçısı Xocalının, Xocavəndin kəndlərində vətəndaşlarla görüşüb.

İlham Əliyev Şuşakənddə olarkən Xocalı sakini Zaur Rzayevin evində qonaq olub, onun ailə üzvləri ilə söhbət edib.

Söhbət zamanı evin balaca övladı Rahulun Prezident İlham Əliyevlə maraqlı dialoqu yaşanıb. Belə ki, xəritədə Azərbaycanı Prezidentə göstərən Rahul daha sonra qoğal yediyini də deyərək hər kəsin üzündə gülüş yaradıb.

Bizim.Media xəbər verir ki, modern.az Rzayevlər ailəsi ilə əlaqə saxlayıb.

Həmsöhbət olduğumuz Zaur Rzayevin səsindən sevinci hiss olunur:

“Elə indi ailəmizlə birlikdə Şuşakəndi gəzirik, buralar çox gözəldir. Vətənə qayıtmaq, bundan sonra öz el-obamızda yaşamaq qədər gözəl hiss yoxdur”.

Bu sözləri deyəndən sonra fonda qayıdışın sevimli simasına çevrilən Rahulun da səsi gəlirdi: "Ata, gəl ora da gedək".

Doğma yurdunu 30 il sonra görən bu ailəni çox da telefonda saxlatmaq istəməyib axşam danışmaqla bağlı razılaşdıq.

Bir neçə saat sonra Zaur Rzayev özü bizə zəng etdi, səsindəki sevinc isə hələ də qalırdı:
 

“Eşidəndə ki, cənab Prezident bizim evə qonaq gələcək çox qürur duyduq. Çünki, bu hər bir vətəndaşın arzusudur. Öz doğma yurdumuza köçməyin sevinci bu xəbərlə iki qat artdı. Qarabağa ilk köç edən ailələrdən olmaq insana xoşbəxtlik hissi bəxş edir. 33 il doğma yurdumuzdan uzaqda yaşamaq bütün məcburi köçkünlər kimi bizim üçün də çətin olub.


Çox sevinirik ki, bizim doğulub lakin yaşayıb-yarada bilmədiyimiz torpaqlarda övladlarımız yaşayacaq. Buna görə də Ulu öndərimizin siyasətinin uğurlu davamçısı cənab Prezident İlham Əliyevə və ordumuza təşəkkür edirik. Vətəni uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Onları böyüdən gözəl valideynlərin əllərindən öpürük” - deyə müsahibimiz xüsusi ilə bildirdi.

Rahulla dövlət başçısının söhbəti haqqında danışmaq belə hər ikimizdə yenidən gülüş yaratdı:

“Cənab Prezident bizə gələndə ailə üzvlərimizdən ən kiçiyi Rahul da çox sevincli idi. Evdə bir az dəcəllik edirdi deyə anası ən sevimli məşğuliyyəti olan atlas və qlobusla başını qatmaq üçün ona verdi. Cənab Prezident evə daxil olan kimi - İlham baba, salam, - deyib yenidən yerində əyləşdi. Cənab Prezident onun əlində atlası görüb, xəritədə Azərbaycanı göstərməsini istədi.

Rahul da bunu məharətlə bacardı. Rahulun 5 yaşı olmasına baxmayaraq 3 yaşından başlayaraq yazıb-oxumağı öyrənib, şifahi toplamalar edir, ölkələri qlobusda rahatlıqla tapa bilir. Həmçinin dünya ölkələrinin bayraqlarını, müəyyən qədər də paytaxtlarını tanıyır. Üzündə sərbəst şəkildə kitab oxuyur”.

Zaur Rzayev, həmçinin oğlunun naharda yediklərini Prezidentə deməsindən də danışıb:

"Сənab Prezident xüsusi nümayəndəlikdən görülən işlər haqqında məlumat alarkən Rahul Prezidentə səmimiyyəti ilə ürəyindən keçərək naharda yediyi yeməyi deyir. Rahulda bir xasiyyət var, özünə doğma, yaxın bildiklərinə yeni şeylər öyrənəndə onu danışar, nə yediyini deyər, təzə paltar alanda onu göstərər. Uşaqdır, yəqin bu onun səmimiyyətindən, saflığından gəlir. Rahulun da Prezidentə qoğal yediyini deməyi hamımızın söhbət əsnasında gülüşünə səbəb oldu. Sosial şəbəkələrədə də bu görüntülərin səmimi qarşılanması bizi sevindirdi.

Heç şübhəsiz ki, 33 il sonra vətəninə qayıdan hər kəs Rahul kimi bu dövlətin başçısını özünə ən doğma adam bilir. Ali baş komandan illər sonra bizə Zəfəri yaşatmaqla bərabər, Böyük Qayıdış planı və qayğısı ilə 10 milyonun üzündə yenidən gülüş yaradır. Bir zamanlar Azərbaycanı xəritədə tapmaqda çətinlik çəkənlər də, ölkə başçısının apardığı güclü siyasətlə 5 yaşlı Rahul kimi ölkəmizin harada yerləşdiyini də, bu xalqı da, onun liderini də yaxşı tanıyır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Braziliya millisində 40 ilin antirekordu

Braziliya millisində 40 ilin antirekordu

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Avropadakı şiddətli istilər Azərbaycana gəlir? – VİDEO

Avropadakı şiddətli istilər Azərbaycana gəlir? – VİDEO

Gilasın bilmədiyiniz zərəri...

Gilasın bilmədiyiniz zərəri...

DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib

DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

End of content

No more pages to load

RADİO