37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 37 sayda avtobus marşrutunu müsabiqəyə çıxarır.

Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, bunlar Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və əks istiqamətə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı), eləcə də paytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın 21-də;

Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;

Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın 28-də;

Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı) istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;

paytaxtın 206 nömrəli ("Elmlər Akademiyası" metrostansiyası - Lökbatan qəsəbəsi), 182 nömrəli (Binə qəsəbəsi - Mərdəkan qəsəbəsi) və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi – Şüvəlan qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna zərbə endirildi – VİDEO

Bu kəndə köçənlərə pul ödəniləcək

Bu kəndə köçənlərə pul ödəniləcək

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Ukraynaya bu gecə 68 raket və 351 PUA atılıb - Əsas hədəf KİYEVDİR – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

Tehranda Əli Xameneinin və ailə üzvlərinin dəfn mərasimi keçirilir – VİDEO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

“Pembe”dən təsirli PAYLAŞIM: "Beter Əliyə salam de, Ethem..." – FOTO

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – Foto

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Braziliya millisində 40 ilin antirekordu

Braziliya millisində 40 ilin antirekordu

End of content

No more pages to load

RADİO