Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər. Maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər.

Bu ilin birinci yarısında Azərbaycan 960.709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.3% çoxdur. Hazırda Bakıda avtomobil idarə etmək nə qədər çətin olsa da, avtomobil sevgimiz azalmır ki, azalmır. Yollardakı sıxlığa, parkinq qiymətlərinə baxmayaraq, avtomobilə maraq artan templə davam edir. Statistikadan görünür ki, Azərbaycana gətirilən avtomobillərin həm sayı artır, həm də dəyəri. Maraqlıdır, avtomobil sevgimizin kökündə nə dayanır?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov bildirir ki, insanların avtomobilə olan marağının kökündə əsasən zaman qazanmaq arzusu dayanır:

"Məsələyə bir qədər fəlsəfi yanaşsaq, görərik ki, bunun əsas səbəblərindən biri vaxt qazanmaq istəyidir. Müasir insan üçün vaxt ən dəyərli resurslardan biridir. Avtomobil isə bu zamanı idarə etməyin, ona nəzarət etməyin bir vasitəsi kimi çıxış edir. Bir yerdən digər yerə daha sürətli getmək, günün planına uyğun hərəkət etmək üçün fərdlər şəxsi nəqliyyatı seçirlər. Azərbaycanda avtomobilə maraq son illərin tendensiyası deyil. Təxminən 10-15 il əvvəl də ölkəyə böyük sayda nəqliyyat vasitələri idxal olunurdu. İnsanların maddi vəziyyəti nisbətən yaxşılaşıb, kredit və lizinq imkanları genişlənib. Eyni zamanda ölkədə yol infrastrukturu müasirləşib, bu da avtomobil sahibi olmağı daha mənalı və əlverişli edir. Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər".

Mütəxəssis deyir ki, maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər:

"Bütün ölkəni şəxsi avtomobillə səyahət etmək, ailəvi istirahətlərə çıxmaq artıq bir çox insanlar üçün həm arzu, həm də reallıq halına gəlib. Bu, təkcə nəqliyyat vasitəsi seçimi deyil, həm də yaşam tərzinin göstəricisidir. Elə ailələr var ki, evlərində iki-üç avtomobil saxlayırlar. Onlardan biri gündəlik bazarlıq, digəri isə istirahət və uzun səfərlər üçün istifadə olunur. Maddi rifah artdıqca avtomobilə olan marağın da yüksəlməsi tamamilə təbiidir".

O vurğulayır ki, avtomobillərin sayının artmasının növbəti səbəbi cəmiyyətdə qadın sürücülərin sayının artmasıdır:

"Əvvəllər qadınlar avtomobildən daha az istifadə edirdilərsə, son illərdə alınan avtomobillərin təxminən 30-40 faizi məhz qadın sürücülər tərəfindən idarə olunur. Bu isə avtomobilə olan marağın cins baxımından da genişlənməsinə səbəb olur. Qadınlarda da həm ehtiyac, həm də maraq formalaşdıqca, ailələrdə birdən çox avtomobilə sahib olmaq adi hala çevrilir".

Nəqliyyat eksperti düşünür ki, avtomobillərin dizaynı, rəng seçimi və texniki göstəriciləri müasirləşdiyi üçün bu, alıcıların marağını daha da artırır:

"Hazırda Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 750 minə yaxındır. Lakin bu avtomobillərin hamısı istismarda deyil. İnsanlar imkanları olduqca köhnə avtomobillərini satıb yenisini almağa çalışırlar. Ölkədə bu tendensiya getdikcə güclənir və avtomobil bazarında müasirliyə keçid davam edir".

Mütəxəssisə görə, burada əsas narahatedici məqam ölkədə köhnə avtomobillərin utilizasiyası məsələsidir:

"Baxmayaraq ki, bu sahədə xüsusi proqram hazırlanıb, proses çox ləng və qeyri-effektiv gedir. Halbuki, avtomobillərin utilizasiyası təhlükəsizlik, ekologiya və səmərəlilik baxımından vacibdir. Bu proses sürətli icra olunmalıdır ki, biz komfortu zəif, təhlükəsizlik elementləri olmayan avtomobillərdən qurtulaq. Hər il Azərbaycana 100 minə yaxın avtomobil gətirilsə də, utilizasiyaya göndərilən maşınların sayı çox aşağıdır. Bu isə balanssızlıq yaradır. Bir sıra ölkələrdə bu məsələ dövlət səviyyəsində tənzimlənir və daxil olan və çıxan avtomobillər arasında balans qorunur.

Bu da öz növbəsində yollarda sıxlığın azalmasına, təhlükəsizliyin və ekoloji vəziyyətin yaxşılaşmasına səbəb olur. Bizdə isə tarazlıq pozulub. Ən ciddi nəticə isə tıxac probleminin kəskinləşməsidir. Çünki alınan avtomobillərin böyük əksəriyyəti paytaxt Bakıya yönəlir. Paradoks ondadır ki, insanlar avtomobil almaqla zaman qazanmaq istəyir, amma tıxaclarda o zamanı daha çox itirirlər".

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyir ki, bu, müsbət və sevindirici haldır:

"Statistik göstəricilər də təsdiqləyir ki, son illərdə on ildən artıq yaşı olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətlər və utilizasiya proqramının işə düşməsi nəticəsində daha yeni və keyfiyyətli avtomobillərin ölkəyə gətirilməsi prosesi güclənib. Bu, müsbət və sevindirici haldır, çünki həm ekoloji, həm təhlükəsizlik baxımından üstünlükləri olan nəqliyyat vasitələrinin payı artır.

Eyni zamanda, 2026-cı ilin yanvarından elektrik və hibrid avtomobillərinə tətbiq edilən güzəştlərin müddətinin bitməsi ehtimalı da hazırkı avtomobil idxalının sürətlənməsinə səbəb olub. Şəxsi proqnozlarıma görə, elektrik avtomobillərinə güzəştlər davam edə bilər, lakin hibridlər üçün bu imkanların məhdudlaşdırılması gözlənilir. Bu səbəbdən, istər alıcılar, avtomobil satıcıları, istərsə də idxalçı şirkətlər yeni avtomobil gətirmək üçün tələsirlər. Bu, gələcək satışlara hazırlıq məqsədi daşıyır".

E.Əliyev vurğulayır ki, avtomobil sayının artması təkcə fərdi şəxslərin marağı ilə bağlı deyil:

"Ölkəmizin turizm potensialının artması, xidmət sektorunun genişlənməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi də bu artıma ciddi təsir göstərir. Son dövrlərdə avtomobil satışı ilə məşğul olan şirkətlərin öz parklarını genişləndirməsi, yeni taksi parklarının yaradılması ölkəyə gətirilən avtomobil sayının yüksəlməsində mühüm rol oynayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərsun Holdinq”in baş icraçı direktoru: “Ölkəmizin iqtisadi inkişafına töhfə verməyə davam edəcəyik”

“Azərsun Holdinq”in baş icraçı direktoru: “Ölkəmizin iqtisadi inkişafına töhfə verməyə davam edəcəyik”

Döyüşdən sağ ÇIXSA da, təlimdə həyatını İTİRDİ – Başına mükafat qoyulan Rafiq Cəfərovun HƏYAT HEKAYƏSİ - FOTO

Döyüşdən sağ ÇIXSA da, təlimdə həyatını İTİRDİ – Başına mükafat qoyulan Rafiq Cəfərovun HƏYAT HEKAYƏSİ - FOTO

Trampdan İlham Əliyevə xüsusi dəvət – VİDEO

Trampdan İlham Əliyevə xüsusi dəvət – VİDEO

Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?

Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?

"Brent" markalı neft ucuzlaşdı

"Brent" markalı neft ucuzlaşdı

"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

Əli Nəbiyev AQTA-nın sədr müavini TƏYİN EDİLDİ

Əli Nəbiyev AQTA-nın sədr müavini TƏYİN EDİLDİ

Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADI – Hərəkət SXEMİ – FOTO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADIHərəkət SXEMİ – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu avtobuslarda gedişhaqqı artırıldı

Bu avtobuslarda gedişhaqqı artırıldı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

End of content

No more pages to load

RADİO