Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Şəmkir rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb.
Məlumatına görə, qəza nəticəsində Tovuzdan Şəmkir rayonuna işləməyə gələn 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media