Yardımlıda tövlədə yanğın başlayıb.
Cənub bölgəsindən Bizim.Media-ya verilən məlumata görə, hadisə Yardımlı rayonunun Astanlı kəndində baş verib.
Vətəndaşa məxsus tövlədə başlayan yanğın qısa zamanda ətrafdakı ot bağlamalarına da yayılıb.
Hadisə yerinə cəlb olunan Yardımlı Yanğından Mühafizə Hissəsinin iki texnikası hazırda alovun söndürülməsi və yayılmasının qarşısının alınması üzrə iş aparır.
Sabutay, Bizim.Media, Cənub bürosu.