Azərbaycan tarixinin canlı izlərini qoruyub saxlamaq çoxlarının arzusudur. Amma elə insanlar da var ki, bu arzunu gerçəyə çevirib. Qubanın Xınalıq kəndində yaşayan Hacıbala Bədəlov kimi...Oz evini illərdir muzeyə çevirən Hacıbala kişi tarixi faktları özündə birləşdirən əşya və eksponatlarla kəndin tarixini yaşadır.
Bu evdə nə desən var: qədimi mis qablar, toxunma corablar, saçaqlı yaylıqlar, sumax və xalçalar, köhnə qəpiklər, kitablar və daha nələr, nələr... Hər biri illərin, bəlkə də yüzillərin izini daşıyır.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media