Ətin qiyməti 30 manata ÇATA BİLƏR – ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. Bu ilin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb. Son bir ayda isə ətin qiyməti daha 20 faiz bahalaşıb. Proseslərin inkişafı göstərir ki, növbəti aylarda ətin qiyməti rekord səviyyəyə qalxacaq.

Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, dünya bazarında ətin qiyməti bu il əvvəllər olmadığı qədər bahalaşıb. Nəzərə alaq ki, ətə olan tələbatımızın ən azı 35-40 faizi idxal hesabına ödənilir. Ona görə də dünya bazarındakı təlatümlər daxili bazara da təsir edir.

Daxili istehsal ibəil azalır.

Ətin qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın zəifləməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən, 1 milyon 223,1 min baş inək və camış mövcud olub. Bu rəqəmlər ötən illə müqayisədə azdır.

 

Heyvandarlığın inkişafdan geri qalmasının bir sıra köklü səbəbləri var. Ən əsası odur ki, bu sahə qayğıdan kənarda qalıb. Məsələn, hər il aqrar sektorun əksər sahələrinə dövlət tərəfindən subsidiyalar verilir. Ancaq heyvandarlığa heç bir yardım edilmir, sahənin inkişafı stimullaşdırılmır. Nəzərə alaq alaq ki, yalnız süni mayalanma ilə doğulan hər buzova görə 100 manat verilir. Amma nədənsə təbii yolla doğulan buzovlara subsidiya verilmir. Bu da belə fikir formalaşdırır ki, bu subsidiya da heyvandarlığın inkişafı üçün yox, süni mayalanmanın təşviqi üçün verilir.


Təbii ki, bu cür yanaşma fermerləri həvəsdən salır.

Başqa bir problemli məqam isə heyvandarlıqda əsas yem bazası olan yonca sahələrinə verilən subsidiyanın azlığıdır.

Qeyd edək ki, yonca sahəsinin hər hektarına cəmi 100 manat subsidiya verilir. Amma aqrar sektorda olan 3-4-cü dərəcəli sahələrə bundan qat-qat artıq subsidiya ayrılır. Məsələn, qaragilə sahəsinin bir hektarına 15 min (?) manat subsidiya verilir. Hər kəs bilir ki, ölkəmizdə qaragilə yabanı bitki sayılır. Meşəlik sahələrdə kifayət qədər qaragilə yetişir. Üstəlik bu giləmeyvəyə olan ehtiyac, yoncaya olan ehtiyacdan ən azı 20-25 dəfə azdır.

Digər bir nümunə

Kivi bağlarının hər hektarına 9600, moruq, qarağat və böyürtkən bağlarının hər hektarına isə 3200 manat subsidiya verilir. Təəccüblüdür ki, bu bağların da çoxu yabanıdır. Yabanı və əhalinin 5-10 faizi üçün maraqlı olan bu sahəyə külli miqdarda subsidiya verildiyi halda yonca sahəsinə verilən simvolik rəqəm həm təəccüb, həm də təəssüf doğurur.

Örüş sahəsi barədə niyə düşünülmür?

10 il əvvəl pambıqçılığın inkişaf strategiyası hazırlandı. Həmin strategiyaya əsasən 2021-ci ildə ölkəmizdə ən azı 500 min ton pambıq istehsal edilməli idi. Bunun üçün dövlət fondundakı torpaq sahələri əkin dövriyyəsinə qatıldı. Nəticədə örüş sahələri kütləvi şəkildə ləğv edildi. Məhz bunun hesabına da heyvandarlığın inkişafına böyük zərbə vuruldu.

Di gəl ki, pambıqçılıq sahəsində də hədəflərə çatılmadı. Son 10 ildə yalnız 2020-ci ildə Azərbaycanda rekord səviyyədə 337 min ton pambıq tədarük edilib. 2024-cü ildə isə cəmi 307 min ton pambıq yetişdirilib ki, bu da vaxtilə qarşıya qoyulmuş hədəflərdən çox-çox uzaqdır.

Təəssüf doğuran daha bir fakt odur ki, bir zamanlar pambıq əkilən sahələrdə artıq digər bitkilər əkilir. Bu da həm pambıqçılıqla bağlı qarşıya qoyulan hədəfdən yayınmanı, həm də örüş probleminin böyüməsinin göstəricisidir.

Tükənməyən ət sevgimiz...

Mental olaraq ət yeməklərini sevən millətik. Bundan əlavə, Azərbaycana ətə münasibət fərqlidir. Dondurulmuş ətə heç kim maraq göstərmir. Üstəlik soyuducuya yerləşdirilmiş ətə də maraq çox azdır. Hər kəs təzə ət almaq istəyir. Bu istəksə vəziyyəti pisə doğru dəyişir. Təzə ətə olan maraq qiymətin qalxmasına əlavə şərait yaradır.

Göründüyü kimi əhalinin artan tələbatı və fərqli yanaşmasına görə ətin qiyməti günbəgün artır. Bu gedişlə yaxın bir neçə ildə ətin kiloqramının qiyməti 30 manat civarında formalaşacaq.

Bunun baş verməməsi üçün zəruri tədbirlər görüləməlidir. Heyvandarlığın inkişafı üçün konsepsiya hazırlanıb, həyata keçirilməlidir. Bir sözlə fermerlərin heyvandarlığa yenidən marağının artırılması üçün bütün zəruri addımlar atılmalıdır. Xüsusilə də, örüş problemi və subsidiya məsələsi öz həllini tapmalıdır. Əks təqdirdə arzuolunmaz vəziyyətlə üz-üzə qalacağıq.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Putinin reytinqi aşağı düşdü

Putinin reytinqi aşağı düşdü

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

İranda əhaliyə yod həbləri paylanıb

İranda əhaliyə yod həbləri paylanıb

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

End of content

No more pages to load

RADİO