Büdcə xərcləmələrində YENİ YANAŞMA – 4,8 milyardlıq profisitin yaranma səbəbi BƏLLİ OLDU

2025-ci ilin birinci yarımilində Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Nəticədə, hesabat dövründə icmal büdcədə 4 milyard 764,2 milyon manat profisit yaranıb. Büdcə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 milyon manat, xərcləri isə 1 milyard 394,8 milyon manat çox olub.

Bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.

Bəs 4,8 milyard manatlıq profisit necə yaranıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, 2025-ci ilin geridə qalan aylarında Dövlət Büdcəsində və eləcə də icmal büdcəsində profisitin yaranması bir tərəfdən icmal büdcəyə proqnozlaşdırılan vəsaitin daha çox cəlb edilməsi, xüsusən də qeyri-neft sektorundan daxilolmaların artmasıyla bağlıdır:
 

“Belə ki, qeyri-neft sektorundan daxilolmanın artması proqnoza nisbətən daha çox gəlirin büdcəyə toplanmasına imkan yaradıb. Eyni zamanda da, xərclər üzrə proqnozlaşdırma da artıq yeni çağırışlara uyğun olaraq həyata keçirilir. Bu da birbaşa xərclərin səmərəliliyinin artması ilə bağlıdır.


Ümumiyyətlə, büdcə xərcləmələrində artıq yeni yanaşma tətbiq olunur. Rəqəmsal maliyyə mexanizminin formalaşması praktik olaraq büdcə xərclərinin istifadəsində yeni alətlərdən istifadə anlamına gəlir. Xüsusən də, bu büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması məqsədi daşıyır.

Ona görə də həm hesabat dövründə büdcədə xərcləmələr və eyni zamanda gəlirlər və profisitlə bağlı vəziyyət göstərir ki, növbəti aylarda da büdcə xərcləmələrində səmərəliliyin artırılması, şəffaflığın daha da gücləndirilməsi prioritet olaraq qalacaq. Bu da o deməkdir ki, artıq büdcə xərcləmələrində yeni yanaşmalar tətbiq olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyevin REYTİNQİ DÜŞDÜ: Ən yararsız şəhərlərdən biri SEÇİLDİ – İNFOQRAFİKA

Kiyevin REYTİNQİ DÜŞDÜ: Ən yararsız şəhərlərdən biri SEÇİLDİ – İNFOQRAFİKA

Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO

Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Azərbaycan-Avropa İttifaqı münasibətlərində YENİ DÖNƏM – Strateji tərəfdaşlığın əsas İSTİQAMƏTLƏRİ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Bakı və Gəncədə TəhsilPlus kartı ilə ictimai nəqliyyatda 10% məbləğ geri QAYTARILACAQ

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

Budanovdan müharibə ilə bağlı proqnoz: "İlin sonuna qədər…”

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov kimdir? – DOSYE

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Kiyevdə ölənlərin sayı 19-a çatdı

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Rüfət Hacıəlibəyov səhiyyə nazirinin müavini TƏYİN EDİLDİ

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

Moskvaya kütləvi dron hücumu: Belqorodda "Qazprom"un obyekti vuruldu – VİDEO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

"İmkanımız olsa da, uşaqlara hər istədiklərini almaq olmaz" - FOTO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Moskvada ilk robot toyu OLACAQ – VİDEO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Cessika Alba gənc sevgilisi ilə - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Azərbaycanda yanğınların əsas başvermə səbəbləri açıqlandı – RƏSMİ

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

DİQQƏT! AZAL-ın Bakı–Naxçıvan reysləri bərpa olundu

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ukraynalı uşaqlar Bakıya gəldilər

Ukraynalı uşaqlar Bakıya gəldilər

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

Paxlava davası böyüdü - UNESCO-ya yeni faktlar

End of content

No more pages to load

RADİO