Ramiz Mehdiyev milli su və kanalizasiya sistemini necə “islahat etdi”? - 10 milyardlıq sərmayə - ARAŞDIRMA

Dövlət Ekoloji Ekspertiza Agentliyinin açıqlamasına görə Bakının 12 rayonunun ümumi ərazisinin cəmi 50%-də kanalizasiya infrastrukturu mövcuddur. Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov "Ekspert saatı"nda çıxışı zamanı bu vəziyyətin Bakı üçün ciddi ekoloji problemlər yaratdığını bəyan edib. Real statistikaya əsaslansaq, ölkənin coğrafi olaraq 95%-ni təşkil edən Bakıdan kənar bölgələrində mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərilə əhatə səviyyəsi heç 30% deyil. Belə olan təqdirdə bölgələrimizdə içməli su və kanalizasiya strukturunun hansı vəziyyətdə olmasını dilə gətirmək çətindir. 

Son 20 ildə 10 milyarda yaxın sərmayə...
 

MÖVZU İLƏ BAĞLI:

Adil Əliyev: “Ramiz Mehdiyevin ağlı olsa, istefa verib gedər”


Son 20 ili götürsək, kanalizasiya sisteminin yenidən qurulmasına dövlət büdcəsindən və beynəlxalq maliyyə qurumlarından10 milyard manata yaxın sərmayə yatırılıb. Amma durum hələ də ürəkaçan səviyyəyə gəlib çatmayıb. Problem tək vəsaitin həcmi deyil, həm də işin keyfiyyətidir. Korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də Bakının bu dərdini çarəsiz qoyub. 
 

Qeyd edək ki, ötən il 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə əhalinin içməli su ehtiyatlarının ödənilməsi ilə bağlı 756,0 (yeddi yüz əlli altı) min manat ayrılıb.


Elə həmin ildə Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Əlavə olaraq ölkə başçısı Lerik, Şirvan, Qax, Mingəçevir, Şəmkir və digər  regionların kanalizasiya infrastrukturunun yenidən qurulmasına ayrı-ayrı illərdə 5 -10 milyon manat civarında vəsaitlər ayırıb. 

Təkcə 2015-ci ildə “Azərsu” ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ayrılan vəsaitdir.Bundan əlavə dövlət büdcəsindən mütəmadi olaraq içməli su və kanalizasiya infrastrukturunun qurulmasına milyonlarla manat vəsait ayrılır. 

Ramiz Mehdiyevin su komissiyaları... 
 

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalayıb.


On nəfər üzvdən ibarət işçi qrupunun rəhbəri Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev olub. Ramiz Mehdiyevə ölkə üzrə kanalizasiya sisteminin, eləcə də Bakı şəhərinin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olması tapşırılmışdır. 

Elə həmin ildə ölkə başçısının tapşırığına əsasən paytaxtda yağış-kanalizasiya sisteminin problemlərinə dair komissiya yaradılıb və layihələrin reallaşdırılması üçün “Azərsu” ASC-yə 14 milyon manat vəsait ayrılıb. Ramiz Mehdiyevin sədrlik etdiyi bu komissiya da ona verilən tapşırıqları tam olaraq yerinə yetirməyib. 13 layihəlik işin yalnız yarısı icra edilib. 

Ardınca ötən il Ramiz Mehdiyev rəhbəri olduğu AMEA-da su ehtiyatlarından səmərəli istifadəyə dair iclas təşkil edərək, akademiyada tanınmış alimlərdən ibarət İşçi Qrupu yaratmışdı.
 

Hansı ki, ölkə ərazisində mövcud olan su çatışmazlığı, kanalizasiya xətlərinin yenidən qurulması və su anbarlarında yaranmış vəziyyətlə bağlı geniş elmi tədqiqatların aparılacağını qeyd etmişdi.


Üstəlik iclasda Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli Sərəncam imzalandığını xatırladaraq, bu istiqamətdə də işlər görüldüyünü bildirmişdi. 

Görünən odur ki, Ramiz Mehdiyev nəinki kanalizasiya sistemlərinin qurulması və ya müasir standartlara gətirilməsi yönündə addım atıb, əksinə şəhərin onsuz da iflic olan kanalizasiya problemini yoluna qoya bilməyib.

2035-ci ilədək gözləyək...

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbraıllı Bizim.Media-ya açıqlamasında deyib ki, ölkənin tam olaraq kanalizasiya ifrastrukturu ilə təchiz olunması işlərinin nə vaxt yekunlaşacağı barədə konkret tarix yoxdur.

Qurum rəsmisi bu işlərin mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb. 
 

Məlumat üçün bildirək ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək “Master Plan” hazırlanıb.


Sənədin hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsi və digər qurumlar iştirak edib. Ümumilikdə 18 bölmədən ibarət olan “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

Trampın adı o mərkəzdən gecəykən söküldü

Trampın adı o mərkəzdən gecəykən söküldü

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Milyarder və supermodel 1000 illik qadağanı pozdu: Bu məkanda gizli toy

Milyarder və supermodel 1000 illik qadağanı pozdu: Bu məkanda gizli toy

Trampın 80 yaşı tamam oldu

Trampın 80 yaşı tamam oldu

"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu oldu - VİDEO

"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu oldu - VİDEO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Bu gün magistraturaya qəbul imtahanı var

Bu gün magistraturaya qəbul imtahanı var

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

End of content

No more pages to load

RADİO