Arif Əbdüloğlu vəfat etdi

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, o, ötən gün 86 yaşında dünyasını dəyişib.
 

1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi "Aprel çiçəkləri" almanaxında çap olunmuşdur.


1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində işə başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoymuşdur.
 

Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanmışdır.


Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş "Vətəndir sevdiyim, sevildiyim yer", eləcə də 2024-cü ildə işıq üzü görmüş "Bütövləşən vətənim" kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmış, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilmişdir.
 

Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutmuşdur.


Azərbaycan ədəbi ictimaiyyəti böyük bir ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm təvazökar insan, həm də ustad sənətkar kimi yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət və vətən sevgisi simvolu olaraq qalacaqdır.

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

End of content

No more pages to load

RADİO