Estetik əməliyyat edib video çəkən "həkimin" tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yox imiş

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO


Bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur.

Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanmışdır.
 

“UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.


Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

End of content

No more pages to load

RADİO