Bakıda cütlük nişan günü ayrıldı - Film kimi OLAY

Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır.

Onların instaqramda başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub.

23 yaşlı Elnurla 19 yaşlı Səbinə (bütün adlar şərti) arasında aşağı büdcəli restoranların birində nişan mərasimi keçirilib. Məclisin sonunda məkan sahibi nişan tədbiri üçün ümumilikdə 1570 manat ödənilməli olduğu barədə cütlüyün valideynlərini məlumatlandırıb. Oğlanın anası hesabın yarı-yarıya ödənilməsini təklif etsə də, qızın anası razılaşmayıb. O israr edib ki, bütün xərci oğlan evi ödəməlidir.

Bu məsələ valideynlər arasında böyük mübahisə yaradıb. İş o yerə gəlib çıxıb ki, cütlük elə restoranda münasibətlərini pozub, nişan üzüklərini qaytarıblar. Qızın anası polisə şikayət edəndən sonra oğlan tərəf hesabı bağlayıb.

Həmin gecə nişan pozulsa da, Elnur qızın və anasının hərəkətlərini, ən əsası isə 1570 manatı tək ödəmələrini qarşı tərəfə bağışlamayıb. O, hadisədən iki gün sonra keçmiş nişanlısına zəng edərək restoran üçün verdiyi pulu geri qaytarmasa, onu şəkilləri ilə hədələyib. Belə olan halda qohum-əqraba arasında biabır olacağını düşünən qız keçmiş nişanlısının tələb etdiyi 1570 manatı ona verib.

Səbinənin anası çox keçməmiş bu məsələdən xəbər tutub, dərhal polisə müraciət edib. Araşdırma nəticəsində Elnur cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin sonuna kimi nəzarət şərti ilə azadlıqda qalmasına qərar verilib.

Məhkəmədə Səbinə baş verənləri danışıb və keçmiş nişanlısının onu şantaj edərək pul aldığını təsdiqləyib.

Elnur özü də ittihamı qəbul edib. İfadəsində işi bu yerə gətirib çıxaran anlaşmadan da danışıb: “Əslində nişan xərcləri qız tərəfdən qarşılanmalıdır. Amma Səbinənin ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Buna görə razılaşdıq ki, qız evinin qohumlarının nişan xərclərini qız tərəfi, oğlan evinin qohumlarının nişan xərclərini də oğlan tərəfi ödəsin. Amma nişan günü Səbinənin anası bu şərti pozdu. Bütün hesabı bizə ödətdirdi. 1570 manatdan əlavə, nişan üçün əlavə 2 min manat xərcləmişəm. Bütün bunlara baxmayaraq, etdiyim əməldən peşmanam. Səbinəni şantaj etməməli idim”.

Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Hökmə əsasən, Elnur hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan müttəhim məhkəmə zalında həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

End of content

No more pages to load

RADİO