“4 mövsüm Qrız”: Qrızda qadınlar üçün növbəti təlim keçirildi – FOTO

Azərbaycanın dağlıq ərazilərindən olan Quba rayonunun Qrız kəndində turizm sahəsində qadınların bilik və bacarıqlarını artırmağa yönəlmiş növbəti təlim keçirilib.

Bizim.Media xəbər verir ki, təlim “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Dövlət Turizm Agentliyinin donorluğu ilə həyata keçirilən “4 mövsüm Qrız” layihəsi çərçivəsində təşkil olunub. Təlimdə kəndin müxtəlif yaş qruplarından olan qadın sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini, “4 mövsüm Qrız” layihəsinin rəhbəri Jalə Quliyeva layihənin məqsəd və perspektivləri haqqında iştirakçılara məlumat verib: “Qrız kəndi Azərbaycanı ən unikal təbiətə və mədəniyyətə sahib bölgələrindən biridir. Biz bu layihə ilə qadınların potensialını üzə çıxarmaq, onları turizm təşəbbüslərində fəallaşdırmaq və kəndin dörd mövsüm boyunca turistlər üçün cəlbedici məkan olmasını təmin etmək istəyirik”.

Jalə Quliyeva əlavə edib ki, layihənin əsas hədəfi kənddə turizm fəaliyyətlərini yalnız yay fəslində deyil, ilin bütün dövrlərində davamlı və dayanıqlı şəkildə həyata keçirmək üçün resurslar yaratmaqdır.

Qrız kənd sakini, təlim iştirakçısı Mehriban Seyidova öz çıxışında qadınların turizm fəaliyyətində iştirakı ilə bağlı şəxsi müşahidə və təcrübələrini bölüşüb. O, bildirib ki, kənddə qadınların evlərində hazırladıqları yeməklər, əl işləri və qonaqpərvərlik ənənələri yerli turizmin əsas dayaqlarındandır: “Biz kənd qadınları olaraq uzun illərdir ki, qonaqları qarşılayırıq. Amma bu, sistemli və gəlir gətirən turizm modelinə çevrilməyib. İndi biz öyrənirik ki, bacardığımız işləri daha effektiv təqdim etməklə həm kəndimizə, həm ailəmizə fayda verə bilərik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra olunan bu layihə sayəsində biz yerli resursları turizm xidmətlərinə çevirəcəyik”.
 

Təlimçi ekspert, turizm üzrə tanınmış mütəxəssis Vüqar Dərgahov kənd turizminin mahiyyəti, üstünlükləri və qarşıya çıxan əsas çətinliklər barədə geniş təqdimatla çıxış edib. O, kənd turizmini “həm sosial, həm də iqtisadi baxımdan dayanıqlı inkişaf aləti” kimi dəyərləndirib: “Kənd turizmi təkcə bir bölgənin təbiətinin nümayişi deyil, həm də mədəniyyətin, ailə dəyərlərinin və lokal iqtisadiyyatın yaşadılmasıdır. Qrız kəndinin resursları düzgün təqdimatla turizmin güclü tərəfinə çevrilə bilər”. Vüqar Dərgahov turizm xidmətləri sırasında yerli yeməklər, evdə gecələmə, bələdçilik, at gəzintisi, el şənlikləri və kənd həyatını yaşamaq kimi təcrübələrin təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O həmçinin, qadınların bu xidmətlərin əsas daşıyıcı qüvvəsi kimi çıxış edə biləcəyini bildirib.


Təlimdən sonra açıq müzakirə sessiyası keçirilib. İştirakçılar təlimçi ekspertdən konkret tövsiyələr alıblar. Sual-cavab zamanı yerli qadınlar ən çox qarşılaşdıqları problemləri – logistika, dil baryeri, maddi texniki təchizat və bazara çıxış imkanlarının məhdudluğunu vurğulayıblar. Təlimin sonunda layihə heyəti tərəfindən qeyd olunub ki, gələcək mərhələlərdə kəndin turizm resurslarının xəritələnməsi, qadınların iştirakı ilə pilot turizm xidmətlərinin sınaqdan keçirilməsi və kiçik təşəbbüslərin biznes planlarının hazırlanması və kəndin turizm xidmətlərinin vahid brendinin formalaşdırılması planlaşdırılır. Layihə rəhbərliyinin verdiyi məlumata görə, bu cür təşəbbüslər təkcə Qrız kəndinin deyil, ümumilikdə Azərbaycanın dağlıq ərazilərində yerləşən icmaların sosial-iqtisadi inkişafına töhfə verməyə yönəlib. Layihənin davamlılığı isə yerli icmaların öz təşəbbüslərinə sahib çıxması və qadınların bu təşəbbüslərdə lider rolunu üzərlərinə götürməsi ilə mümkün olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

End of content

No more pages to load

RADİO