DİQQƏT: Ölkəmizdə yol nişanları və sürət həddi dəyişdirilə bilər

Türkiyədə sürət həddinin və bəzi yol nişanlarının dəyişdirilməsi qəzaların qarşısını almaq üçün yeni mərhələ kimi qiymətləndirilir. Məqsəd qəza riskini azaltmaq və hərəkət təhlükəsizliyini təmin etməkdir.

Azərbaycanda da yol qəzalarının statistikasına nəzər saldıqda, oxşar islahatlara ehtiyacın olduğu görünür.

Bəs bizdə hansı addımlar atıla bilər? Sürət hədlərinin yenilənməsi, yol nişanlarının daha da aydınlaşdırılması ölkədə təhlükəsizliyi artırmaq üçün real çıxış yolları ola bilərmi?

Bizim.Medianın
suallarını cavablandıran nəqliyyat ekperti Eldəniz Cəfərov bildirdi ki, Azərbaycanda yol infrastrukturuna yenidən baxış keçirilməli, qəza ocaqları aradan qaldırılmalıdır:

“Xəbərdaredici müəyyən nişanlar quraşdırılmalıdır və yol hərəkəti iştirakçılarının həyatına risk yaradan maneələr götürülməlidir. Hazırda bir qədər ləng olsa da proses gedir. Müvafiq qurumlar bu prosesi sürətləndirməlidirlər”.

Qəza səbəbləri ciddi şəkildə araşdırılmır

Ekspert Elməddin Muradlı isə qeyd etdi ki, bəzən bir nöqtədə dəfələrlə qəzalar baş verir, insanlar ölür amma qəza səbəbi ciddi şəkildə araşdırılmır, qarşısını almaq üçün hansısa addımlar atılmır, atılanda da gec olur. 

“Belə təhlükələr hələ də yollarda qalmaqdadır. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə bu problemlər var. Qardaş Türkiyə illərdir “trafik canavarı” ilə mübarizə aparır, sərt qərarlar verir. Bu son qərar da təqdir olunası addımdır. Belə nümunələri götürüb ölkəmizdə tətbiq etmək olar.
 

Amma səmimi şəkildə deyim ki, Türkiyədə sürücülərin davranışlarırna baxanda bizim sürücülər xeyli irəli gediblər. Piyadaya yol vermək, təhlükəsizlik kəməri taxmaq, yol hərəkəti qaydalarına diqqətli olmaq, mobil telefondan istifadə baxımından bizdə xeyli müsbət nəticələr var”. 


Ekspert diqqətə çatdırdı ki, dünya üzrə ümumi qaydalar var, beynəlxalq konvensiya və Avropa İqtisadi Komissiyasının qərarları mövcuddur. Azərbaycan da bu konvensiyaya qoşulub və ona uyğun hərəkət edir.

Lakin hər bir ölkənin təhlükəsizlik məsələlərinə diqqətlə yanaşması təqdirəlayiq haldır.

“Burada nişanları, sürət həddini dəyişmək, hansısa qaydalardan çıxmaq deyil, bu sadəcə ölkənin öz daxili işidir. Yolun hərəkət ötürücülüyünə, təhlükəsizliyinə uyğun olaraq sürət həddi müəyyənləşdirmək, yol işarələri qoymaq, nişanlama xətləri çəkmək mümkündür. Azərbaycanda da bu təbii ki, Türkiyə nümunəsi reallaşa bilər. Sadəcə dəqiqliklə analiz etmək lazımdır ki, hansı yollar qəza riski yüksək, təhlükəli olanlardır. Bunları müəyyənləşdirdikdən sonra ona uyğun qarşısı alınması istiqamətində addımlar atılmalıdır”.  

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

End of content

No more pages to load

RADİO