Əsəri oxumaq yerinə, müəllifin öz dilindən dinlə – “Canlı kitab”a yazarlardan REAKSİYA

Avropada artıq bir müddətdir maraqlı bir ədəbiyyat təcrübəsi populyarlaşır – oxucu kitabı özü vərəqləyib oxumur, əvəzində müəllif və ya qiraətçi ödənişli şəkildə yarım saatlıq zamanını ayıraraq əsəri canlı danışır. Bu, sadəcə dinləmə deyil, həm də müəllifin intonasiyası, vurğusu, hissləri ilə əsərin başqa cür yaşanması deməkdir.

Azərbaycanda belə bir layihə  – oxucu ilə müəllif arasında yarım saatlıq körpü mümkündürmü? Oxucular “Canlı kitabda” kimi dinləməyə üstünlük verə bilər?

Mövzu ilə bağlı ölkənin tanınmış yazarları Bizim.Media-ya fikirlərini bölüşdülər:

Yazıçı Şərif Ağayar bildirib ki, həqiqətin ən böyüyü mətndə gizlənir:

"Əsərin ümumi məzmunu, süjeti, sənətkarlıq xüsusiyyətləri haqqında söhbət etmək olar, edirik də, lakin əsərlə ciddi tanışlıq üçün birbaşa mətnin özü ilə ünsiyyətə girməlisən. Yaxşı olar orijinal dildə, alınmırsa, maksimum yaxşı tərcümədə. Lap ahəngi tutmaq üçün bir hissə qiraətçiyə oxutmaq da olar. Amma mətnlə yaxın əlaqəni nəinki qiraətçi və ya hər hansı mütəxəssis, heç müəllifin özü də əvəz edə bilməz. Çünki həqiqətin ən böyüyü mətndə gizlənir. Hətta bəzən müəllifin özünün də fərqinə varmadığı həqiqətlər...

O ki qaldı belə bir şəraitdə oxucuların kimə üstünlük verəcəyinə... məncə, indi kimi oxuyurlarsa, elə onlara da üstünlük verəcəklər. İçlərində xarici müəlliflər daha çox olacaq. Bunu dəqiq bilirəm. Çünki biz bu və ya digər səbəblərdən özümüzə daha az inanırıq".

Dramaturq Firuz Mustafa bunun əslində pis layihə olmadığını qeyd edib:

“Bu cür təcrübəyə ötən əsrin 30-40-cı illərində SSRİ məkanında da təsadüf olunurdu. Məsələn, Mixail Şoloxovun “Sakit Don” romanının ilk cildi çap olunandan sonra, yazıçı artıq şöhrət qazanmış həmin əsərinin davamını kolxozçular və fəhlələr qarşısında özü oxuyurdu. Oxucuların hansı müəllifə üstünlük verəcəyinə gəlincə isə bu, auditoriyadan asılıdır.

Belə hesab edirəm ki, “adi” oxucu daha çox macəra-detektiv janrda yazanlara, intellektli oxucular isə “ciddi” janrlarda yazılan əsərlərə üstünlük verərdi.

“Beynimizi hərəkətə gətirmək üçün deyil, dondurmaq üçün kitaba üz tuturuq”

Şair Aqşin Yenisey isə vurğulayıb ki, bu Şərqdə də geniş yayılmış ənənə olub:

“İndi yoxa çıxıb. Amma yenə də qiraətçilərin bacarığından istifadə olunur. Bizdə dini, detektiv və motivasiya  mətnlərinə kütləvi maraq var. Elmi, elmi-kütləvi, fəlsəfi mətnlərin dinləyicisi çox azdır. Bir də ənənəvi şeirin dinləyiciləri çoxluq təşkil edir. Məsələn, XX əsrin əvvələrində Avropada filosoflar, elm adamları ictimai mühazirələr oxuyurdular. Bu ənənə bizdə heç universitetlərdə yoxdur.
 

Bizim sənətə, fəlsəfəyə yanaşmamız feodalizm dövrünün ehtiyacı şəklində qalmaqdadır. Əyləndirici fuksionallığını qoruyur. Beynimizi hərəkətə gətirmək üçün deyil, dondurmaq üçün müəllifə, kitaba üz tuturuq. Bu, hedonist bir ehtiyacdır.


Oxuduğumuz, dinlədiyimiz bizə həzz verməlidir, əks halda, ondan imtina edirik. Əgər bizdə öz əsərini oxumaq üçün müəlliflərə üz tutulsa, əminliklə demək olar ki, cəmiyyət yalnız tamada üslublu şəxsləri dinləməyə axışacaq. Ciddi sənət, fəlsəfə əsərləri yenə yada düşməyəcək".

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO