Rəqsanə İsmayılovanın vəkili DANIŞDI: “Avqustun 18-də apellyasiya şikayəti verəcəyik”

Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov məsələ ilə bağlı "Teleqraf"ın suallarını cavablandırıb:

- Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O özünü təqsirli bilirmi?

- Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.

- İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?

- Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamağımız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.

- Rəqsanə xanım ifadə verib?

- Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.

- Mübahisənin predmeti nədir?

- Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.

- Rəqsanə xanım pulu nə məqsədlə alıb?

- İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm.

- Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?

- Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.

- Rəqsanə xanım hazırda harada saxlanılır?

- Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.

- Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?

- Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-də apellyasiya şikayəti verəcəyik.

- Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz? Əhvalı necədir?

- Bəli. Əladır.

- Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək?

- Bu, müvafiq orqanların işidir. Yəqin ki, yaxın günlərdə köçürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

End of content

No more pages to load

RADİO