Yarım milyonluq dələduzluğa görə həbs edilən Rəqsanə İsmayılova kimdir?

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq əməllərində ittiham olunaraq, bu gün həbs olunub.

Bizim.Media lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni Rəqsanə İsmayılova barədə məlumat verir.

-Rəqsanə İsmayılova harada anadan olub?

Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə doğulub.

- Rəqsanənin ali təhsili var?

Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinin diplomunu alıb.

Müğənni Rəqsanə 2 dəfə rəsmi ailəli olub. Birinci evliliyindən qızı Aysun dünyaya gəlib. Öz dediyinə görə, Goranboy rayonuna ərə gedib. Hamiləykən aclıq çəkib, bir tikə çörəyə belə möhtac qalıb. Əri ayrıldıqdan sonra qızı Aysunla maraqlanmayıb. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Necə deyərlər imkansızlıq onu müğənni olmağa məcbur edib.

-Rəqsanənin neçə övladı var?

Müğənni 4 uşaq anasıdır. Son iki uşağının atası indiki əri Fazil Əmiraslanovdur. 3 qızı bir oğlu var.

- Rəqsanənin ikinci qızı Yağmurun atası kimdir?

Rəqsanə bu barədə danışmır. Yağmurun köklü bir nəslin daşıyıcısı olduğunu deyib. İfaçı bir müsahibəsində bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:

"Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir".

- Rəqsanənin atası kimdir?

Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir. Orada Qalina adlı rus qadınla evlənib və ondan Mircəfər və Elvira adlı iki uşağı var. Rəqsanə atasını Xoşqədəmin proqramında axtarıb tapsa da atası onunla görüşmək istəməyib.

- Rəqsanənin adı insan alverində hallanıb?

Bəli. O, anası və bacısı illər öncə insan alverinə görə, məsuliyyətə cəlb ediliblər. Bu barədə prodüsser Təranə Səmədova belə demişdi:

"2006-cı ilin dekabrında anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır.

-Rəqsanə Fazil Əmiraslanovla nə zaman evlənib?

O, biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib. "Fazil müəllim boşanandan sonra ailə qurmuşuq. O, ailəli olanda onu tanımırdım. Fazil Əmiraslanovun eks-xanımı rus olub və ondan iki övladı var. Qız anası ilədir. Münasibətimiz yoxdur. Amma oğlu Elvinlə tez-tez görüşürük".Müğənni hamilə olduğunu, tezliklə beşinci övladını dünyaya gətirəcəyini etiraf edib:

"Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm. O ərinin övladları ilə də xoş münasiəbtdədir. Allah hər zaman bizi mehriban etsin. Elvin( Ərinin oğlu) mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm.

Həyat yoldaşım o qədər gözəl xasiyyətə malikdir insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrıseçkilik yoxdur" - deyə o bildirib.

- Rəqsanə harada yaşayır?

Onun həm Moskvada, həm Bakıda saray kimi iki böyük villası var. Rəqsanə əsl kraliça kimi yaşayırdı.

- Rəqsanə plastik əməliyyat etdirib?

Bəli. O dəfələrlə plastik əməliyyat etdirib. Üzünə dodaqlarına dolğular vurdurub. Bədənşəkilləndirmə əməliyyatı keçirib. Daima 50-55 kilo çəkidə qaldığını deyir.

- Rəqsanə toylara neçəyə gedir?

Rəqsanə əsasən bütöv toy oxuyur. Rusiya və Azərbaycanda toylara gedir. Azərbaycanda toy qonorarı 5 min manatdır. Rusiyada bu qiymət daha da çoxalır.

- Rəqsanənin əlavə biznesi var?

Bəli. O Rusiya və Azərbaycanda restoran biznesi ilə də məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

End of content

No more pages to load

RADİO