Gəncədə PİLOT LAYİHƏ – Qədim şəhərimizdə yaşıllıqlar belə qorunacaq – FOTO

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yaşıllıqların artırılması, qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısının alınması məqsədilə qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir göstərən ağacların nişanlanması işləri həyata keçirilir.

Pilot layihə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun sözlərinə görə, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qurumuş ağaclar nömrələnir - Fotolar


“Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq.


İlk dəfə Gəncədə pilot layihə olaraq belə yanaşma tətbiq olunur. İstənilən vərəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahıda hansısa uyğunsuzluq olarsa, aşkarlanacaq ki, ağaclar haradan və necə götürülüb”, - qurum rəsmisi bildirib.

O qeyd edib ki, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq ki, bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.

Yeni layihənin hansı üstünlükləri var?

Gəncədə ağacların nömrələnməsi və pilot layihənin əhəmiyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu  ümumilikdə təqdirəlayiq haldır:

“Yaşıllıqların qorunmasından daha çox onların düzgün idarə olunması kimi qiymətləndirilə bilər. Bu baxımdan Gəncə böyük şəhərdir və turizm baxımından da əhəmiyyət kəsb edir. Burada yerli və beynəlxalq layihələr həyata keçirilir. Ona görə də şəhərin həm estetik baxımdan qorunması, həm də sakinlərin yaşıllıqlardan düzgün şəkildə faydalanması məqsədilə müvafiq dövlət qurumları bu işi həyata keçirirlər.


Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən yararsız ağaclar çıxarılır, digər ağaclara xəstəlik yaya biləcək ağacların yerləri dəyişdirilir. Bu baxımdan ağacların yenilənməsi və təbiətə göstərilən qayğı müsbət hal kimi dəyərləndirilir”, - deyə o bildirib.

Əgər bir ağac nömrələnirsə...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Səma və Eko” İctimai Birliyinin sədri İradə Həsənova qeyd etdi ki, Azərbaycanda yaşıllıqların qorunması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Onun sözlərinə görə, Gəncədə həyata keçirilən layihə də yüksək qiymətləndirilməlidir:

“Əgər bir ağac nömrələnirsə, demək ki, həmin ağac təbiətə zərər verir və ətraf mühit üçün təhlükə yaradır. Onlar məhv edilmir, əksinə, daha dekorativ, sağlam və ilhamverici ağaclarla əvəzlənir”.

Aygün Hüseyn, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

End of content

No more pages to load

RADİO