Azərbaycanda bu xarici dili öyrənməyə ciddi ehtiyac yarandı – Səbəb görün nədir

Ermənistanla Azərbaycan arasında informasiya savaşı daim ön plandadır. Cəbhədə döyüşlərin ən qızğın vaxtında belə bu amil öndə olub. Bu mübarizənin görünməyən, amma vacib istiqamətlərindən biri də dillərə olan yanaşmadır. Ermənilər Azərbaycan dilini öyrənməyə və anlamağa xüsusi diqqət yetirirlər. Azərbaycanda isə bu mövzuya daha çox emosional və bəzən də laqeyd münasibət var. Halbuki, düşmənin dilini bilmək diplomatik, hərbi və informativ sahələrdə mühüm üstünlüklər təmin edə bilər.

Bəs bu dili öyrənmək bizə nə verər və hansı addımlar atılmalıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan ermənişünas alim Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistanda türk dili və yaxud Azərbaycan türkcəsini bilmə problemi yoxdur.

Onun sözlərinə görə, həm akademik çevrələrdə, həm də siyasi sahədə yetərincə mütəxəssislər var ki, onlar buna “düşmənin dili” anlayışı ilə yanaşırlar:

“Bizdə isə bu məsələyə yanaşma uzun illər fərqli olub. 44 günlük müharibə də göstərdi ki, erməni dilini bilmək nə qədər önəmli imiş. Elə indinin özündə də bu dili bilmənin nə dərəcədə əhəmiyyətli olduğu görünməkdədir. Erməni dilini bilən mütəxəssislər hazırlamaq üçün universitetlərdə ayrıca kafedralar və yaxud fakültə olmalıdır. Bura daxil olan tələbə dildən başqa erməni məsələsi üzrə mütəxəssis kimi yetişməlidir”.

Alim bildirib ki, bunun Türkiyə örnəkləri var:

“Türkiyədə bu sahədə artıq 15 ildir ki, fəaliyyət göstərirəm. Azərbaycanda həm təhsil, həm də ermənişünaslığın bir sistem kimi formalaşmasına doğru təşəbbüslərim nəticəsiz qalıb. Çox istərdim ki, Azərbaycanda ermənişünaslıq mərkəzi yaradılsın. Bu işə hər cür yardım etməyə hazıram”.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas alim İsmayıl Tanrıverdi saytımıza deyib ki, Azərbaycanda erməni dili üzrə hazırlıq prosesinə 2012-ci ildən start verilib.

Onun sözlərinə görə, 2012-ci ildə ATV kanalında erməni dilini bilən şəxslər üçün vakansiya elan olunub və o, uzun müddət erməni siyasətini və ideologiyasını öyrəndiyi üçün imtahanda iştirak edib:

“Ərizə verənlər yüz nəfərdən çox idi, lakin mən ilk onluğa düşdüm. Bundan sonra təyinatım mənim vaxtilə təhsil aldığım Bakı Dövlət Universitetinə oldu. 1984-cü ildə bu universitetin tarix fakültəsini bitirmişəm və daha sonra Ermənistanda müxtəlif partiya və ideoloji sahələrdə işləmişəm”.

Müsahibimiz deyib ki, hazırda da erməni dili üzrə mütəxəssislər yetişdirmək üçün çalışır:
 

“Çünki Ermənistan artıq bizim üçün sadəcə qonşu deyil, tarixi və ideoloji mübarizə aparmalı olduğumuz ölkədir. Onların saxta tarixlərini sübutlarla ifşa etməyi bacarmalıyıq. Tələbələr arasında belə fikirlər olurdu ki, “erməni kimdir ki, biz onun dilini öyrənək?” Mən isə daim izah etmişəm ki, bu yanaşma yanlışdır.


Sən düşmənini tanımalısan, onun dili və tarixi haqqında məlumatlı olmalısan ki, qarşısında üstünlük əldə edəsən. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz gücünü sübut etdi. Torpaqlarımızı azad etdik və Ermənistana açıq şəkildə mesaj verdik. Belə bir reallıq fonunda bizim erməni dilini öyrənməyimiz zərurətə çevrilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

End of content

No more pages to load

RADİO