DİQQƏT! Bakı metrosunda yeni tunelin inşası üçün hazırlıq işlərinə başlanılır - FOTO

“Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.
 

Məlumata görə, bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.


Layihənin ilkin mərhələsində “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.

Belə ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.
 

Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də “28 May” metro stansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi qaydada davam etdiriləcək.


Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə təkan verəcək.
 

Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan yaradacaq.


Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq. “28 May” stansiyasına qədər sahələrdə (“Dərnəgül-28 May” və “İçərişəhər-28 May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə çatdırılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

End of content

No more pages to load

RADİO