Dövlət qurumlarının depozit praktikası: Büdcə vəsaitləri banklarda niyə "yatır"?

Azərbaycanda son zamanlar dövlət qurumlarının büdcədən ayrılan vəsaiti depozitə qoyaraq gəlir əldə etməsi faktları aşkarlanır.

Bizim.Media xəbər verir ki, bu fəaliyyət də həm hüquqi, həm etik baxımdan ciddi suallar doğurur.

Düzdür, israfın qarşısının alınması məqsədi ilə müvəqqəti istifadə olunmayan vəsaitin depozitdə saxlanılması büdcə vəsaitlərinin passiv qalmasının qarşısını ala bilər, depozit faizi şəklində əlavə maliyyə vəsaiti formalaşa bilər və qısa müddətli maliyyə planlamasında bəzi xərcləri qarşılamaq üçün bu cür gəlirlər istifadə oluna bilər.

Lakin, əsas götürülməli məsələ - büdcə vəsaiti dövlətin konkret məqsədləri üçün ayrılıb və bu vəsaitlərin gəlir məqsədilə istifadəsi qanunvericiliklə ziddiyyət təşkil edir.

Elə bu ilin əvvəlində Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxmışdı. Bu fakt Hesablama Palatasının Agentlikdə həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində müəyyənləşmişdi.

Audit nəticəsində aydın olub ki, Dövlət Ehtiyatları Agentliyində dövlәt büdcәsi vәsaitlәrinә illik tәlәbatın düzgün müәyyәn edilməməsi ilə 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127,5 milyon manat vәsait müxtәlif şәrtlәrlә banklarda depozit kimi yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44,5 milyon manat olub.

Görünür bu istiqamətdə digər qurumlar tərəfindən də analoji fəaliyyət həyata keçirildiyindən artıq qəti tədbirlər görülür.

Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması qaydasında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 5 faizindən artıq olmamalıdır. Halbuki, əvvəlki qaydaya görə, bu rəqəm 50 faiz müəyyən olunmuşdu.

Bir sözlə, dövlət büdcəsi vəsaitləri yalnız konkret məqsədlər üçün — məsələn, infrastruktur layihələri, sosial təminat, təhsil, səhiyyə, təhlükəsizlik və digər ictimai ehtiyaclar üçün ayrılır. Bu vəsaitlər vergilər hesabına formalaşdığı üçün onların istifadəsi ictimai maraqlara xidmət etməlidir. (yurd.media)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO