“Kəramət, sənin adını oğluma vermişdim” - Qəşəm Nəcəfzadə ölən dostuna elə sözlər yazdı ki… - FOTO

Tanınmış şair Qəşəm Nəcəfzadə tələbə yoldaşı, böyük şair Kəramət Şükürovun vəfatı ilə bağlı ürəkdağlayan sözlər yazıb.

Bizim.Media xəbər verir ki, o, bu hisslərini özünün Facebook hesabında paylaşıb:

“Böyük şair, tələbə yoldaşım Kəramət Şükürov, indi hardasan? Sənə zəng eləyərdim, telefonun yoxdur ancaq… Sənin telefonun hanı, Kəramət? ‘Lalın dilini anası bilər, nədi nə deyirsən, anası ölmüş’. İndi sənin dilini kim bilər, Kəramət? ‘Əyildi götürdü comadanını, çıxmağa qapını tapa bilmədi’ – o hansı qapı idi, sən çıxa bilmədin, Kəramət? Sənin adını oğluma vermişdim, Kəramət Böyükçölə. Anamın vəsiyyəti idi. Səni çox istəyirdi. Deyirdi, oğlun olsa, adını Kəramət qoyarsan. Həmişə soruşurdun, adaşım necədir? Çox sarsılmışam, Kəramət, inana bilmirəm susmağına…”.



Tanınmış yazıçı Kəramət Böyükçöl bu gün dünyasını dəyişən şair Kəramət Şükürovun vəfatı ilə bağlı sosial şəbəkədə təsirli status yazıb:

“Kəramət atamın tələbə yoldaşı və yaxın dostu idi. Gözəl bir şair idi. Elə misraları vardı ki, həmişə hər yerdə deyirdim: “Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq”. “Hadinin dörd əli vardı. İkisi ilə kitab satırdı. İkisi ilə üzünü tutmuşdu”.
 

Kəramət tələbə vaxtı bizim kəndə qonaq gəlibmiş. Nənəmin onun adından xoşu gəlib və atama deyib ki, oğlun olsa, adını Kəramət qoyarsan. Sonra mən doğuldum və adımı Kəramət qoydular. Bu gün isə aldığım xəbər məni çox sarsıtdı. Adım öldü. Ruhu şad olsun…”.

 

Məlum olduğu kimi, Kəramət Şükürov ötən gün dünyasını dəyişib. Onun meyiti küçədə tapılıb. İlkin məlumata görə, Yasamal Rayon Prokurorluğu tərəfindən ölüm faktı ilə bağlı araşdırma başlanıb. Ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Onun vəfatı ədəbiyyat aləmində dərin kədər doğurub.

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO