Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib - FOTO

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025/2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq tələbələrlə görüş keçirib.

Tələbələri təbrik edən rektor Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması və savadlı mütəxəssis kimi formalaşması üçün yaradılan imkanlardan bəhs edib.

O, xaricdə dövlət proqramı ilə təhsil almanın üstünlükləri ilə yanaşı, bunun böyük məsuliyyət və şərəf olduğunu vurğulayıb.

Rektor Rüfət Əzizov gənclərə milli təəssübkeşliyi və vətənə bağlılığı qorumağı, Azərbaycanı xaricdə layiqincə təmsil etməyi tövsiyə edib. O, həmçinin tələbələrə yeni ideyalar öyrənməyi, biliklərini artırmağı və vətənə dönərək bu bilikləri tətbiq etməyi məsləhət görüb.

Görüşdə iştirak edən ADNSU-nun prorektorları - Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov da çıxış edərək gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
 

Qeyd edək ki, proqram çərçivəsində magistratura təhsil səviyyəsində uğur qazanan 356 nəfərdən 60-ı ADNSU və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunlarıdır.


ADNSU tələbələri Böyük Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, Vorvik Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins Universiteti, İsveçrənin ETH Zurich Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO