Valideynlərə TÖVSİYƏ – Azyaşlıların bu müddətdən artıq telefonla oynamasına İCAZƏ VERMƏYİN!

Mütəxəssislər valideynlərə tez-tez tövsiyə edirlər ki, uşaqların televizora, telefona çox baxmasına icazə verməsinlər, onları ekrandan uzaq tutsunlar. Çünki bu onların həm fiziki, həm də psixi sağlamlıqlarına təsir edir.

Düzdür, artıq telefonla oynamayan uşaq görmək çox az mümkün olsa da, mütəxəssislərin məsləhətlərinə qulaq asan valideynlər də var. Ancaq onlar narahatdırlar ki, övladları texnologiyadan uzaq böyüyərsə, gələcəkdə müasir dövrün tələblərinə uyğunlaşmaqda çətinlik çəkə bilərlər.

Bizim.Media mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib.

Psixoloq uşaqlar və internet arasında balansın necə qorunacağıyla bağlı bəzi məqamları diqqətə çatdırıb.

O, uşağı ya ekranlardan tam uzaq saxlamaq, ya da limitsiz baxmağına icazə verməyin tərəfarı deyil:

“Uşaq ekranlardan tam uzaq qalarsa, müasir dünyanın tələb etdiyi texnoloji bacarıqlardan geri qalacaq. Çox istifadə isə diqqət dağınıqlığı, yuxu problemləri və sosial təcrid kimi problemlər yarada bilər. Ona görə balans vacibdir. Məktəbəqədər uşaqlar üçün gündə 20–30 dəqiqə kifayətdir.
 

Böyüklərdə öyrənmək və inkişaf üçün vaxt tədricən artırıla bilər. Ən önəmli olan oyun, kitab, idman, dostlarla ünsiyyət və təbiətlə əlaqədir. Telefon və planşet isə bu işlərin kiçik, faydalı bir hissəsi olmalıdır. Valideyn uşağın telefon və planşetdən istifadə vaxtını və baxdığı məzmunu nəzarətdə saxlamalıdır”.

 

Ofelya Məmmədova vurğulayıb ki, uşaq texnologiyanı sadəcə oyun üçün yox, öyrənmək, yaratmaq və araşdırmaq üçün də istifadə etməyi öyrənməlidir. Belə olarsa, o həm müasir dünyaya uyğunlaşar, həm də sağlam inkişaf edər.

Bəs telefon uşaqların nitq və psixoloji inkişafında geriləmə yaradırmı?

“Bəli, həddindən artıq telefon və planşet istifadəsi uşağın nitqində və psixoloji inkişafında ləngiməyə səbəb ola bilər. Xüsusən, azyaşlı uşaqlarda bu, daha aydın görünür. 0–2 yaş arası uşaqların ekran qarşısında vaxt keçirməsi, ümumiyyətlə, tövsiyə olunmur. Bu dövrdə uşağın əsas öyrənməsi real ünsiyyət və oyun vasitəsilə olur. Ekran qarşısında çox vaxt keçirmək real ünsiyyət imkanlarını azaldır, hərəkət aktivliyini məhdudlaşdırır, nəticədə dil və sosial bacarıqlar yavaş inkişaf edir”, - deyə müsahibimiz bildirib.

“Texnologiya zərərli deyil”.

“Əgər uşaqda artıq inkişaf geriliyi varsa, telefon bu prosesi daha da ləngidə bilər. Amma texnologiyanın özü zərərli deyil. O, məqsədli və məhdud şəkildə — öyrənmə, yaradıcılıq, yeni biliklər qazanmaq üçün istifadə olunarsa, əksinə, inkişafı dəstəkləyə bilər. Burada vacib olan valideyn nəzarətidir: vaxt limiti, məzmun seçimi və uşağın real həyatda kifayət qədər ünsiyyət, oyun və hərəkət imkanını təmin etmək lazımdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO