BİZİM TƏQVİM: 14 avqustda baş vermiş tarixi hadisələr

1945-ci ilin bu günündə İkinci Dünya müharibəsində İmperator Hiroxito Yaponiyanın qeyd-şərtsiz təslim olduğunu açıqlayıb. Avqustun 6-da ABŞ Xirosimaya atom bombası atmış, nəticədə 100 mindən çox adam həlak olmuşdu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etmişdi.

Bundan bir gün sonra ABŞ-ın Naqasakiyə atdığı atom bombası 36 mindən çox insanın həyatına son qoymuşdu. Avqustun 14-də Yaponiya İmperatoru Hiroxito qeyd-şərtsiz təslim olduğunu bəyan etmiş, sentyabrın 2-də isə Tokioda ABŞ-ın “Missuri” gəmisinin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzalamışdılar.

Bəs 14 avqustda daha hansı hadisələr baş verib?

1. 14 avqust Pakistanın İstiqlaliyyət günüdür. İkinci Dünya Müharibəsindən sonra Hindistanın müstəqillik tələblərinə daha çox müqavimət göstərə bilməyən İngiltərə 1947-ci ilin 14 avqustunda qərar verdi.

Hindistan Müsəlman Birliyinin başçısı Məhəmməd Əli Cinnah və Konqres Partiyasının sədri Pandit Nehrunun “İngiltərə planı”nı qəbul etməsilə ölkə Hindistan və Pakistan adları ilə ikiyə bölündü.  Pakistan inzibati ərazi bölgüsü cəhətdən ən ziddiyyətli ölkələrdən biridir.

1971-ci ildə Şərqi Pakistan əyaləti müstəqil dövlətə çevrilərək Banqladeş Xalq Respublikası olub. Cammu və Kəşmir bölgələri isə Pakistanla Hindistan arasında bugünədək münaqişə ocağıdır. Asiyanın bu ölkəsi – Pakistan 1947-ci ilin bu günü müstəqilliyini qazansa da, 1956-cı ilə qədər Britaniya Birliyinin üzvü olub, 1972-ci ildə birlik tərkibindən çıxıb.

2.  İngiltərə və Yunanıstan arasında diplomatik görüşlər nəticə verməyincə 14 avqust 1974-cü il Türkiyə Ordusu Qıbrız (Kipr) Barış Hərəkatının ikinci mərhələsinə keçdi və paytaxt Lefkoşaya girdi.

3.  İsrail - Hizbullah Müharibəsi 2006-cı ilin 14 avqust atəşkəs müqaviləsilə sona çatdı. Livan ordusu və BMT Sülh Qüvvələri İsrail ordusunun çəkildiyi cənubi Livana yerləşdirildi.

4.  14 avqust 2013-cü ildə Şəkidə “Şəki Xanlarının evi” yenidənqurmadan sonra açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

14 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.  Tanınmış ingilis yazıçısı, Nobel Ədəbiyyat Mükafatı laureatı Con Qolsuorsi 1867-ci ilin bu günü anadan olub.

2.   Azərbaycanın ilk kino aktrisalarından olan Əzizə Məmmədova 1892-ci il 14 avqustda Tiflisdə dünyaya gəlib. (1892-1961)

3.  Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə 1923-cü ilin bu günü anadan olub. 

4.  14 avqust 1933-ci ildə şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar bəstələnib.

5.  14 avqust 1940-ci ildə yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Əliyev (1940-2001) anadan olub. “Azərbaycanfilm”də dublyaj şöbəsinin baş redaktoru işləyib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO