İşləmək üçün bu ölkələrə gedənlər DİQQƏTLİ OLSUN! Hind mafiyasının qurbanı ola bilərsiniz

Son illər xaricdə işləmək istəyənlərin ünvanı dəyişib. Bir vaxtlar “Xəyalların qitəsi” kimi tanınan Avropa artıq yerini sürətlə Körfəz ölkələrinə verir. İndiyə qədər inkişaf etməkdə olan ölkələrin, xüsusən də postsovet ölkələrinin insanları Avropaya viza almaq, oranın vətəndaşı olmaq üçün qanuni, qanunsuz hər yola əl atırdılar.

Nə dəyişdi? Cəhətlərin oxunun Qərbdən Şərqə sürüşməsinin, Körfəz ölkələrinə kütləvi işçi axının səbəbi nədir?

Mütəxəsislərin gəldiyi qənaətə görə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə Avropadakı kimi maaşdan yüksək vergi tutulmur. Bu da “çox qazanım, az ödəyim” kimi klassik şərq və cənub təfəkkürü üçün yağlı tikədir. Bundan başqa dil rahatlığı da var.

Məsələn, Almaniyada yaxşı iş tapıb rifahını təmin etmək istəyirsənsə, mütləq alman dilini normal səviyyədə bilməlisən. Digər inkişaf etmiş ölkələr də öz dillərinə üstünlük verirlər.

Amma Körfəz ölkələrində isə iş dili ingiliscədir, üstəlik pozuq ingiliscə: heç kim fəhlədən C1 səviyyəsində akademik ingilis dili bilgiləri tələb etmir. Tikinti, neft-qaz, IT, təhsil, səhiyyə, turizm və xidmət sektorunda çalışmaq istəyənlər istiqamətini rahatlıqla təyin edə bilərlər.

Bundan başqa, mentalitet, adət-ənənə yaxınlığı, dini faktor da əhəmiyyət kəsb edir. Müsəlman ölkələrindən gedənlər üçün halal qida, dini ibadət imkanları ilə rahat təmin olunurlar.

Xəyalların ünvanı dəyişir

Amma Körfəz ölkələrində işləmək heç də həmişə rahatlıq, firavanlıq gətirmir. Bunun mənfi, hətta təhlükəli tərəfləri də var. Hər nə qədər inkişaf etmiş, zəngin ərəb ölkələri olsalar da əksər hallarda fırıldaqçılıq hallarına rast gəlinir. Xüsusilə müqavilə bağlayarkən diqqətli olmaq, işə başlamazdan əvvəl şirkətin etibarlılığını mütləq yoxlamaq lazımdır.

İqlim, yüksək temperatur, həddən artıq ədvalı mətbəxi də cüzi xatırladaq, amma hər halda qurddan qorxan meşəyə girməz deyə düşünsək, ora gedənlər bunlara hazırlıqlı olmalıdır qənaətinə gələrik. Lakin iddialara görə bu ölkələrdə qurddan daha qorxulu olanlar var ki, bunu mütləq nəzərə almaq lazımdır:

Körfəz ölkələri ilə əməmkdaşlıq edən, işçi düzəldən mütəxəsislər deyir ki, bu ölkələrdə Hindistan, Pakistan, Nepal, Banqladeş kimi ölkələrdən çoxsaylı işləyənlər var: ucuz və müti işçi qüvvələri olduqları üçün demək olar ki, bütün sahələri “bürüyüblər”. Üstəlik iş yerlərinin, CV bazalarının əksəriyyətinin də hindlilərin əlində olduğu bildirirlir. Onlar da əsasən öz ölkələrindən olanlara üstünlük verir, nəticədə, özlərinə aid qruplaşmalar yaradırlar. Bu da “özlərin”dən olmayanların adı çəkilən ölkələrdə daha diqqətli olması deməkdir.   

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

End of content

No more pages to load

RADİO