"Bolt" şikayətlərə nə cavab verdi?

"Bolt" şirkəti tətbiqdən istifadə zamanı sərnişinlərə edilən endirimlərdən şikayətlənən sürücülərin narazılıqlarına və taksilərin gecikməsindən şikayətlənən sərnişinlərin iradlarına aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı şirkətdən oxu.az-a bildirilib ki, bəzən sürücülər arasında belə bir yanlış fikir yaranır ki, sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancı azalır:

"Bolt" platformasında həm sərnişinlər, həm də sürücülər üçün mütəmadi olaraq kampaniyalar və güzəştlər təqdim olunur.
 

Bəzən sürücülər arasında belə bir yanlış fikir yaranır ki, sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancı azalır. Bu, doğru deyil. Əgər sərnişinə kampaniya çərçivəsində endirim tətbiq olunubsa, həmin məbləğ "Bolt" tərəfindən sürücünün hesabına əlavə olaraq ödənilir.


Yəni sürücünün qazancına heç bir mənfi təsir olmur. Əvvəllər sürücülər qazandıqları vəsaiti həftədə bir dəfə bank kartından çıxara bilirdilər. Bu aydan etibarən isə artıq erkən nağdlaşdırma (gündəlik nağdlaşdırma) funksiyası aktiv edilib.
 

Bu o deməkdir ki, hər gün görülən işə görə qazanılan vəsaiti çıxarmaq mümkündür, kartla ödənilmiş səfərlərdən və sərnişinlərə edilən güzəştlərin "Bolt" tərəfindən ödənilən hissəsindən yaranan balans gündəlik olaraq bank kartına köçürülə bilər.


Nəticə olaraq, bu funksiyalar "Bolt" tərəfdaş sürücülərinin maliyyə çevikliyini artırır, xidmətin şəffaflığını təmin edir və onların rifahına dəstək məqsədi daşıyır".

Taksi sifarişlərində gecikmələrlə bağlı qeyd olunub ki, bu, bir neçə səbəbdən baş verə bilər:
 

"Bunlara şəhərdə yol təmiri işləri, bağlı küçələr və sıxlıq daxildir. Həmçinin qanunvericiliyə əsasən, 15 ildən köhnə avtomobillər sistemdə deaktiv edilib, bu da xidmət göstərən nəqliyyat vasitələrinin sayına təsir göstərib.


Bu dəyişikliklər xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq məqsədi daşıyır. 2024-cü ilin sonunda "Bolt" tətbiqində yeni elektrik mühərrikli taksilər istifadəyə verilib".
 

Xatırladaq ki, ötən gün "Bolt" tətbiqindən istifadə edənlər çətinliklə qarşılaşıblar. Tətbiqdən istifadə edən sürücülər şirkətin sərnişinlərə həddən artıq endirim etməsindən narazılıq bildiriblər.


Onların sözlərinə görə, 15 manat yazılan gedişin sonunda sərnişin endirim edildiyi üçün cəmi altı manat ödəyir.

Həmçinin tətbiqdən istifadə edərək taksi sifariş edən sərnişinlər isə gözləmə müddətinin çox olmasından şikayətçidirlər. Onların sözlərinə görə, mənzilbaşına çatmaq üçün taksi sifariş etdikdə gözləmə müddəti yarım saat, bir saat göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

Balakəndə 43 yaşlı kişini sel apardı

Balakəndə 43 yaşlı kişini sel apardı

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

End of content

No more pages to load

RADİO