İsti havalarda alkoqollu içkilərin hansı ZƏRƏRLƏRİ VAR

İsti havalarda hansı alkoqollu içkilərə üstünlük vermək və hansılardan uzaq durmaq lazımdır?

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin V. P. Serbski adına Milli Psixiatriya və Narkologiya Tədqiqat Mərkəzinin — Milli Narkologiya Elmi Mərkəzinin direktoru Tatyana Klimenko aif.ru-ya açıqlamasında məlumat verib.

O bildirib ki, bəzi alkoqollu içkilər xüsusilə isti havalarda daha təhlükəlidir. Ətraf mühitin temperaturunun yüksəldiyi şəraitdə orqanizmə düşən yük artır və belə havalarda alkoqol qəbul etmək kəskin və ya xroniki xəstəliklərin inkişafına və ya kəskinləşməsinə səbəb ola bilər.

Hər cür alkoqollu içki (istər zəif, istərsə də güclü) insanın həm fiziki, həm də əqli qabiliyyətlərini zəiflədir. Bu isə insanın psixi və fiziki vəziyyətini düzgün dəyərləndirməsinə mane olur və nəticədə kəskin vəziyyətlərin yaranma və mövcud xəstəliklərin ağırlaşma ehtimalını artırır.

İsti havada alkoqol qəbul etməyin əsas təhlükəsi bədəndə maye itkisi – susuzluqdur. Orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır, dərialtı damarlar genişlənir.

Alkoqol da damarların genişlənməsinə səbəb olduğundan susuzluq daha da sürətlənir. Bu vəziyyətdə istivurma (günvurma) riski artır. Orqanizmdə kifayət qədər maye olmadığından bədən özünü sərinlədə bilmir – tər ifrazı azalır, termorequlyasiya pozulur və bədən temperaturu təhlükəli dərəcədə yüksəlir.
 

İstivurma zamanı temperatur artımı ilə yanaşı, baş ağrısı, başgicəllənmə, orientasiyanın itməsi, huşsuzluq, hallüsinasiyalar, qıcolmalar və həyati təhlükə yaradan digər simptomlar meydana çıxa bilər. Damarların həm istilik tənzimləməsi, həm də alkoqolun təsiri ilə genişlənməsi qan təzyiqinin düşmə ehtimalını artırır ki, bu da ürək-damar sisteminə əlavə yük yaradır.



Bundan əlavə, alkoqol riskli davranışlara, öz imkanlarının düzgün qiymətləndirilməməsinə, qərar qəbul etmə qabiliyyətinin zəifləməsinə, hərəkət koordinasiyasının pozulmasına və reaksiyanın gecikməsinə səbəb olur. Alkoqol təsiri altında insanlar günəş altında nə qədər vaxt keçirdiklərinin fərqində olmurlar və nəticədə günəş yanıqları ala bilərlər. İstidə su kənarında dincələnlər və ya aktiv idman növləri ilə məşğul olanlar üçün bu, qəza və travmaların riskini xeyli artırır. Uşaqlar isə valideynlərin məsuliyyətsizliyi səbəbindən zərər çəkə bilərlər.

Bu risklər yalnız güclü alkoqollu içkilərlə məhdudlaşmır. İsti havalarda zəif alkoqollu içkilər (məsələn, pivə və kokteyllər), xüsusilə qazlı olanlar da az təhlükəli deyil.

Nəticə etibarilə unutmayın ki, alkoqol və isti hava bir-birinə uyğun deyil!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

End of content

No more pages to load

RADİO