“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim”

Abşeronda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun qəsəbələrindən birində baş verib.

22 yaşlı Elvin 9-cu sinif şagirdi Gülər (şərti adlı) ilə münasibət qurub. Onlar qarşılıqlı razılıq əsasında birgə yaşamağa başlayıblar. Məsələdən hər iki tərəfin valideynlərinin xəbəri olub.

Lakin qızın azyaşlı olması səbəbindən ailələr izdivacın rəsmi şəkildə yalnız onun 17 yaşı tamam olduqdan sonra baş tutmasına razılaşıblar.

Buna baxmayaraq, Elvin azyaşlı qızı razı salaraq evdən qaçırıb. Bir il sonra onların qız övladı dünyaya gəlib. Ana olan vaxt Gülərin hələ 17 yaşı tamam olmayıb.
 

Elvin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanıb.


Həm Elvin, həm də Gülər məhkəmədə münasibətlərinin qarşılıqlı sevgi əsasında qurulduğunu və hazırda birlikdə xoşbəxt yaşadıqlarını deyiblər.

Məhkəmədə Gülərin atası da ifadə verib. O, qızının azyaşlı olduğu üçün evlənməsinə razı olmadığını, lakin sonradan Elvinə qoşulub evdən getdiyini deyib: 

“Qızım 9-cu sinifə qədər təhsil alıb. Elvin ona elçi gələndə razı olmadım. Dedim ki, hələ uşaqdır. Amma ailələr arasında razılaşdıq ki, 17 yaşı tamam olandan sonra toy edək. Buna baxmayaraq, Elvin bir müddət sonra qızımı qaçırdı. Qızım evdən çıxarkən məktub qoymuşdu ki, evlənmək məqsədilə gedib. Könüllü getdiyi üçün dalınca getmədim. Üzərində ləkə qalmasın deyə evlənməsinə də etiraz etmədim”.

Elvin istintaq boyu azadlıqda olsa da, məhkəmə onun həbslə cəzalandırılmasını qanunauyğun hesab edib. Hökmə əsasən o, 1 il müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

ABŞ rəsmisi İrəvandan sonra Bakıya gələcək

ABŞ rəsmisi İrəvandan sonra Bakıya gələcək

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Rusiya NATO ölkəsinə hücum edəcək? - Almaniyalı nazirdən AÇIQLAMA

Rusiya NATO ölkəsinə hücum edəcək? - Almaniyalı nazirdən AÇIQLAMA

Hindistanda TRAGİKOMİK HADİSƏ – Uça bildiyini sübut etmək istədi, qayadan yıxılıb öldü – ANBAAN VİDEO

Hindistanda TRAGİKOMİK HADİSƏ – Uça bildiyini sübut etmək istədi, qayadan yıxılıb öldü – ANBAAN VİDEO

Çempionlar Liqası: “Araz Naxçıvan” “Benfika” ilə qarılaşacaq

Çempionlar Liqası: “Araz Naxçıvan” “Benfika” ilə qarılaşacaq

Rəşad Məciddən yazıçı Anarın əlil arabasında olması məsələsinə REAKSİYA - FOTO

Rəşad Məciddən yazıçı Anarın əlil arabasında olması məsələsinə REAKSİYA - FOTO

AZAL təyyarələrində “powerbank” QADAĞASI - Yeni QAYDALAR

AZAL təyyarələrində “powerbank” QADAĞASI - Yeni QAYDALAR

Övladlığa uşaq götürən subay şəxslərin SAYI açıqlandı

Övladlığa uşaq götürən subay şəxslərin SAYI açıqlandı

Emin Əmrullayev: “Bu uşaqlar gələcəyin alimləridir”

Emin Əmrullayev: “Bu uşaqlar gələcəyin alimləridir”

Hava ilə bağlı əhaliyə xəbərdarlıq: fərqli temperatur gəlir – Diqqət

Hava ilə bağlı əhaliyə xəbərdarlıq: fərqli temperatur gəlir – Diqqət

Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA

Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA

Dövlət büdcəsindən bu il 280 milyon manat geri qaytarılıb

Dövlət büdcəsindən bu il 280 milyon manat geri qaytarılıb

Bıçaqla dostunun başına ZƏRBƏ ENDİRDİ

Bıçaqla dostunun başına ZƏRBƏ ENDİRDİ

İqrar Nəzərov: “Bu il festivalda dünyanın dörd bir yanından komandalar var”

İqrar Nəzərov: “Bu il festivalda dünyanın dörd bir yanından komandalar var”

Hidayət həmin “Mercedes”lə qəza törətdi - DYP xəbərdarlıq etdi – VİDEO

Hidayət həmin “Mercedes”lə qəza törətdi - DYP xəbərdarlıq etdi – VİDEO

STEAM Azərbaycan Festivalı 5-ci dəfə qapılarını açdı – FOTO

STEAM Azərbaycan Festivalı 5-ci dəfə qapılarını açdı – FOTO

Zəvvarların avtobusu qəzaya düşdü: 42 ölü var – ANBAAN VİDEO

Zəvvarların avtobusu qəzaya düşdü: 42 ölü var – ANBAAN VİDEO

Kişi arvadını və qayınatasını öldürdü

Kişi arvadını və qayınatasını öldürdü

Braziliyada iki futbolçu bir-birinin keçmiş həyat yoldaşı ilə evləndi

Braziliyada iki futbolçu bir-birinin keçmiş həyat yoldaşı ilə evləndi

Ayxan Abbasov: “Deyirdilər ki, Fransa ilə oyuna getməsək, yaxşıdır”

Ayxan Abbasov: “Deyirdilər ki, Fransa ilə oyuna getməsək, yaxşıdır”

Maşına paket çay asın və möcüzəni görün

Maşına paket çay asın və möcüzəni görün

“KamAZ” sürücüsünə hökm oxundu - Özünü qadına sahibkar kimi tanıdıb

“KamAZ” sürücüsünə hökm oxundu - Özünü qadına sahibkar kimi tanıdıb

Rusiyada çantada uşaq başı tapıldı – FOTO-VİDEO

Rusiyada çantada uşaq başı tapıldı – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO