Hava ilə bağlı əhaliyə xəbərdarlıq: fərqli temperatur gəlir – Diqqət

Noyabrın ortasında müşahidə edilən isti hava müəyyən narahatlıq yaradıb. Ən yağışlı aylardan sayılan noyabrda quraqlığın davam etməsi su ehtiyatlarına mənfi təsir göstərir, kənd təsərrüfatı və təbii ekosistemlər üçün riskləri artırır.

Mütəxəssislər bildirirlər ki, davamlı iqlim dəyişiklikləri yalnız təbiətə deyil, insan sağlamlığına da təhlükə yaradır. Bu həftə də Bakıda aprel havasının olacağı proqnozlaşdırılır.

Sözügedən vəziyyətin nə kimi fəsadları ola bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, noyabrın Azərbaycanda havanın isti və quru keçməsi əsasən qlobal iqlim dəyişikliyinin regional təsirləri ilə bağlıdır:

“Normalda bu dövrdə ölkəyə Aralıq dənizi hövzəsindən yağış buludları daxil olmalı idi. Lakin bu il atmosferin ümumi sirkulyasiyası dəyişib, yuxarı təzyiq sahələri uzun müddət bölgə üzərində qalaraq buludlanmanı və yağıntını bloklayıb. Hazırda müşahidə olunan quraqlıq, yəni yağıntının normadan xeyli az olması, temperaturun yüksək qalması və buxarlanmanın artması ilə əlaqədardır. Bu hava tipi dəyişmədikcə yağışın düşməsi çətinləşir və quraqlıq getdikcə dərinləşir”.

Ekoloq qeyd edib ki, bu cür davamlı iqlim dəyişiklikləri bir sıra fəsadlara səbəb ola bilər:

“Su ehtiyatlarının azalması, xüsusilə Kür və Araz hövzəsində səviyyənin enməsi buna misal ola bilər. O cümlədən kənd təsərrüfatında məhsuldarlığın düşməsi, torpağın çatlaması və suvarma yükünün artması kimi hallar yaşana bilər. Bundan başqa, bu cür hal meşə yanğınları riskini də yüksəldir. Şəhərlərdə hava çirklənməsi də normadan artıq olur, çünki yağış olmadıqda toz və zərərli hissəciklər atmosferdə toplanır. Bir sözlə, hazırkı vəziyyət təsadüfi deyil, qlobal istiləşmənin bölgəmizdə özünü daha açıq göstərdiyinin növbəti sübutudur”.

Terapevt Aygün Sayılova bildirib ki, hazırkı hava şəraiti orqanizmin mövsümi adaptasiyasını pozur və xəstəliklərin artmasına zəmin yaradır:

“Temperaturun kəskin dəyişməsi immun sisteminin zəifləməsinə səbəb olur. Noyabrda havanın bu qədər isti keçməsi insan orqanizminin təbii müdafiə mexanizmini çaşdırır.
 

Belə şəraitdə virus və bakteriyalar daha sürətlə yayılır. Xüsusilə qrip, kəskin respirator infeksiyalar, bronxit və allergik reaksiyalarda artım müşahidə edirik. Uzunmüddətli quru hava tənəffüs yollarını qıcıqlandırır, xroniki ağciyər və ürək-damar xəstəlikləri olan şəxslər üçün əlavə risk yaradır.


Bu dövrdə immuniteti gücləndirmək, kütləvi yerlərdə daha diqqətli olmaq və havadan asılı olmayaraq mövsümə uyğun geyinmək vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

End of content

No more pages to load

RADİO