AZAL təyyarələrində “powerbank” QADAĞASI - Yeni QAYDALAR

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir.
 

Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.


Yeni qaydalara əsasən:

- Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;

- Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;

- Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır - onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;

- Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.

Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər.

Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.

Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı VİDEOÇARX

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Kallas: “Ukrayna müharibəni daha tez bitirmək üçün bunu edir”

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında - FOTO/VİDEO

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

"Səbail", "Xankəndi" və "Şimal"dan QƏLƏBƏ

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

Putindən Ukraynaya XƏBƏRDARLIQ: “Neftayırma zavodlarına hücum cavabsız qalmayacaq”

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

İlham Əliyev: “Ermənistan Azərbaycanı yeni müharibə ilə təhdid edirdi” – VİDEO

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Tez-tez “morqat” edən sürücülər: Cəriməsi var!

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

Həyatlarında tezliklə əlamətdar hadisələr baş verəcək BÜRCLƏR

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

İlham Əliyev BMT və ATƏT-i TƏNQİD ETDİ: “Laqeyd qaldılar” - VİDEO

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Azərişıq” və “Azərenerji”nin borcları və ödənişləri ilə bağlı yeni TƏLƏB

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Qubanın iki kəndinin adı dəyişdirildi - QƏRAR

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Aİ Rusiyaya görə Finlandiyaya 32 milyon avro AYIRDI

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Prezident: “Bakını işğal edib çay içmək istəyənlər Azərbaycan çayını həbsxanada içirlər” – VİDEO

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Hazırda paytaxt yollarında VƏZİYYƏT

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

End of content

No more pages to load

RADİO