Bizim.Media YAZDI - Əməliyyat zamanı çəkiliş aparılan klinikanın baş həkimi CƏZALANDIRILDI - VİDEO

Xəbər verdiyimiz kimi Bakıda bloger əməliyyat otağında çəkiliş edib. Söhbət "Baylarsoylar" adıyla tanınan bloger Arifə Məmmədovadan gedir. Bloger "Medipoint"adlı klinikada çox rahatlıqla süni mayalanma əməliyyatına girərək, cərrahın işini yaxından izləyib və əməliyyat otağındakı anları sosial şəbəkə hesabında izləyiciləriylə bölüşüb. Onun bu çəkilişi və paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə blogerlə yanaşı əməliyyat otağında çəkiliş edən başqa bir şəxsin də olduğu birmənalı qarşılanmayıb. Çox sayda insan bu addımı qeyri-etik, tibbə yaraşmayan qanunsuz addım kimi qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Blogerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO


Analitik Ekspertiza Mərkəzi məsələni nəzarətə götürmüşdü. Məsələ Bizim.Media-da ictimailəşəndən sonra əməliyyat zamanı çəkiliş aparılan klinikanın baş həkiminə töhmət verilib.

Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, belə hallarla əlaqədar Mərkəz tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır və nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimə tədbirləri görülür:

“Son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb.

Bildirilib ki, mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən “Health Group” MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.


Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.

Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

Əlavə olaraq bildiririk ki, əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş “Həkimlərin etik davranış qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara ziddir.

Etik davranış qaydalarının VI bölməsinə əsasən:

“Həkimlərin tibbi xarakterli çıxışları yalnız elmi-praktik məzmun daşımalı, reklam xarakteri daşımamalıdır. Həkim öz vəzifəsindən hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği üçün istifadə etməməlidir”.

Bu cür çəkilişlər eyni zamanda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinin tələblərinə ziddir və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə uyğun olaraq:

Vəzifəli şəxslər 300–500 manat,

Hüquqi şəxslər isə 1000–2000 manat məbləğində cərimə oluna bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sosial şəbəkələr və media vasitəsilə bu kimi hallar barədə ictimaiyyəti və tibb müəssisələrini daim məlumatlandırır və xəbərdarlıq edir.

Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə AEM-ə müraciət edə bilərlər:

• “Bir pəncərə” sektoru

• Qaynar xətt: (012) 596 05 20

• E-poçt: [email protected]

• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)

Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun araşdırılır və zərurət yarandıqda plandankənar yoxlamalar həyata keçirilir.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Romao “Qarabağ”a qayıdır?

Romao “Qarabağ”a qayıdır?

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Külək, yağış, 37° isti... - Sabahın havası

Külək, yağış, 37° isti... - Sabahın havası

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

İnfarkt və insulta səbəb olan əsas yeməklər

İnfarkt və insulta səbəb olan əsas yeməklər

Gənc xanıma yüksək vəzifə verildi

Gənc xanıma yüksək vəzifə verildi

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Katex çayında batan şəxsin meyiti tapıldı

Katex çayında batan şəxsin meyiti tapıldı

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

End of content

No more pages to load

RADİO