Rüşvətə görə tutulan Oruc Məmmədovla bağlı qərar verildi

Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının həbsdə olan sabiq sədri Oruc Məmmədovla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Oruc Məmmədovun hazırda saxlandığı cəzaçəkmə müəssisəsindən köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini təmin edib. Onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Oruc Nüsrət oğlu Məmmədovun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
 

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Oruc Nüsrət oğlu Məmmədovun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Münəvvər Cəlil qızı Cabbarova vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.



Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oruc Məmmədova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası, onunla birgə ittiham olunan fondun Abşeron rayon şöbəsində baş mütəxəssis işləmiş Münəvvər Cabbarovaya isə şərti cəza təyin edilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Romao “Qarabağ”a qayıdır?

Romao “Qarabağ”a qayıdır?

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Külək, yağış, 37° isti... - Sabahın havası

Külək, yağış, 37° isti... - Sabahın havası

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

İnfarkt və insulta səbəb olan əsas yeməklər

İnfarkt və insulta səbəb olan əsas yeməklər

Gənc xanıma yüksək vəzifə verildi

Gənc xanıma yüksək vəzifə verildi

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Katex çayında batan şəxsin meyiti tapıldı

Katex çayında batan şəxsin meyiti tapıldı

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

End of content

No more pages to load

RADİO