Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulacaq - Prezident tapşırıq verdi

"Mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onlara çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab Prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın".
Bunu əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyevvə birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib.xa0
"Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm Sizə" -, deyə B.Bağırzadə bildirib.xa0



Prezident İlham Əliyev cavabında Bəhramın təklifini bəyəndiyini deyib. Dövlət başçısı qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub.xa0

"Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılıb. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş edib ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram". (azvision.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

Güclü zəlzələnin ANBAAN VİDEOSU

Güclü zəlzələnin ANBAAN VİDEOSU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

Xalq şairinin oğlu vəfat etdi

Xalq şairinin oğlu vəfat etdi

Sodayla ağ saçlardan qurtulmağın yolu

Sodayla ağ saçlardan qurtulmağın yolu

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

End of content

No more pages to load

RADİO