Hikmət Hacıyev: “Jurnalistlər vacib missiyanı peşəkarlıqla yerinə yetirir” - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətiylə paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:

"Hörmətli media nümayəndələri, dəyərli dostlar! Hər birinizi səmimi qəlbdən salamlayır, 22 iyul - Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız.
 

Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, ölkəmizin yeni - qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli "yumşaq güc" vasitələrindən biridir.


Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur.

Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub – FOTO

Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub – FOTO

Süni intellektlə bağlı MÜHÜM YENİLİK – 2028-ci ilin sonunadək...

Süni intellektlə bağlı MÜHÜM YENİLİK – 2028-ci ilin sonunadək...

Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir

Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir

Rusiya Belarus benzininə MÖHTAC QALDI

Rusiya Belarus benzininə MÖHTAC QALDI

6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL

6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL

"Bitcoin" Trampın oğlunu 600 milyon dollar ZİYANA SALDI

"Bitcoin" Trampın oğlunu 600 milyon dollar ZİYANA SALDI

Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

18-i ərini, 2-si isə xanımını təmsil etdi- Fotolar

18-i ərini, 2-si isə xanımını təmsil etdi- Fotolar

Çəllək pivəsi sevənlərin DİQQƏTİNƏ – Sərinləmək əvəzinə zəhərlənə bilərsiniz

Çəllək pivəsi sevənlərin DİQQƏTİNƏ – Sərinləmək əvəzinə zəhərlənə bilərsiniz

"Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?

"Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?

Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA

Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA

ABŞ İranda atom elektrik stansiyasına zərbə endirdi – VİDEO

ABŞ İranda atom elektrik stansiyasına zərbə endirdi – VİDEO

İtaliya 2 rus diplomatını ölkədən çıxardı – Moskva “adekvat cavab veriləcək” deyir

İtaliya 2 rus diplomatını ölkədən çıxardı – Moskva “adekvat cavab veriləcək” deyir

Xameneinin dəfn mərasimi başladı - VİDEO

Xameneinin dəfn mərasimi başladı - VİDEO

Ağcaqanaddan kiçikdir, dişlədiyi yer günlərlə qaşınır - İnfeksionistdən sirli həşəratla bağlı XƏBƏRDARLIQ

Ağcaqanaddan kiçikdir, dişlədiyi yer günlərlə qaşınır - İnfeksionistdən sirli həşəratla bağlı XƏBƏRDARLIQ

Həbsdən çıxan məhbus moped oğurladı, polis yaxaladı

Həbsdən çıxan məhbus moped oğurladı, polis yaxaladı

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

End of content

No more pages to load

RADİO