“Kiber Yay Məktəbi - 2025”in rəsmi açılış mərasimi KEÇİRİLDİ - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh İstirahət Mərkəzində 2025-ci il 21-26 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025” -in rəsmi açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, artıq 4-cü dəfədir keçirilən Yay məktəbinin 2023-cü ildə AKTA tərəfindən təşkil edilən Kiber yay məktəbi İslam Əməkdaşlıq Təşkilatının rəsmi kibertəhlükəsizlik platforması olan OİC-CERT tərəfindən “Qlobal Təhlükəsizlik Mükafatı”-na layiq görülüb.

Pənah Musayev təlimlərə qardaş Türkiyədən də iştirakçıların qatıldığını bildirib.



Daha sonra “Kiber Yay Məktəbi 2025” -in keçirilməsi təşəbbüsünə dəstək verən DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general - mayor Davud Rüstəmov qeyd edib ki, təmsil etdiyi mərkəz bu təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssisləri ilə dəstək verməyə hazırdır. Davud Rüstəmov Türkiyədən gələn qonaqlara da uğurlar arzulayaraq yay məktəbi iştirakçılarına böyük ümidlərin olduğunu vurğulayıb.


 

Yay məktəbi çərçivəsində təlimlərin keçiriləcəyi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yay məktəbinin əsas nailiyyətlərindən birinin kibertəhlükəsizlik və rəqəmsal istiqamətinin gənclərin gələcək ixtisas seçimlərinə çevrilməsinə təsir etməsi olduğunu bildirib. Elmar Qasımov informasiya texnologiyaları üzrə ölkədə savadlı kontingentin formalaşdığını da vurğulayıb.




2021-ci ildə keçirilmiş Kiber yay məktəbi çərçivəsində təşkil edilən CTF yarışında qalib olaraq kiber qəhrəman titulu qazanmış və hazırda dünyanın yüksək nüfuzlu universitetlərindən sayılan Kolumbiya universistetində komputer elmləri üzrə təhsil alan Mehdi Rəsulov kiberdüşərgə ilə bağlı təəsüratlarını bölüşüb.



Tədbirdə iştirak edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general - mayor Elşad Nəsirov informasiya əsrində kibertəhlükəsizlik istiqamətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq hibrid təhdidlərlə mübarizə metodlarının öyrənilməsinin vacibliyini vurğulayıb.



Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışlarında yay məktəbinin iştirakçılarına uğurlar diləyərək öz tövsiyələrini veriblər.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək yay məktəblərinin keçirilməsinin ölkədə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış gənclərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.


 

Rəsmi açılış mərasimindən sonra şirkətlər tərəfindən təqdimatlara start verilib. “Crowdstrike” şirkətinin regional meneceri Sübhan Şərifov və AKTA-nın tərkibində fəaliyyət göstərən kiberdiasporanın aktiv üzvlərindən Amazon Web Services şirkətində menecer Elşən Həsənov təqdimatla çıxış ediblər.


AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. O vurğulayıb ki, Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klublarının üzvləridir.
 

Qeyd edək ki sonrakı təlim günləri Bakı Ali Neft Məktəbində davam etdiriləcək. Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiber-yarış təşkil olunacaq. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılacaq və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli senarilər üzərində çalışacaqlar.


Yay məktəbi zamanı keçiriləcək yan tədbirlər sırasına Kiber Təhsil Forumu, AKTA ekspertlərin açıq havada «meet-up» tədbiri, Kiber diaspora üzvlərinin master klasları daxildir. > Günay Şahmar: Tədbirin əsas tərəfdaşları - Caspel şirkəti, Crowdstrike, CaspianTech, Bakı Ali Neft Məktəbi, Sponsorları - Techpro, MegaSec, ESET, Crocusoft, Rabalon şirkətləridir. CTF yarışları CTF tərəfdaşı YER hostingin, təhsil yarışları isə Code Academy və MilliSec-in tərəfdaşlığı ilə baş tutacaq.



















Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Ukraynanın iş adamları BU TARİXDƏ Bakıya gəlir - FOTO

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı - VİDEO

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı - VİDEO

Ermənistan KTMT-də iştirakını aktivləşdirəcəkmi? – Paşinyandan AÇIQLAMA

Ermənistan KTMT-də iştirakını aktivləşdirəcəkmi? – Paşinyandan AÇIQLAMA

Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

Rəqəmlərin düşündürdüyü REALLIQ - 1 km yola nə qədər XƏRC çəkilir?

Meşə yandı, sərvət ortaya çıxdı – Kiloqramı 264 manata satılır – FOTO

Meşə yandı, sərvət ortaya çıxdı – Kiloqramı 264 manata satılır – FOTO

Fərid Məmmədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərid Məmmədzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Ançelotti Çempionlar Liqasının favoritini açıqlayıb

Ançelotti Çempionlar Liqasının favoritini açıqlayıb

Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

Üç gün əvvəl evlənmişdi... – Meyiti çayda tapıldı – FOTO

Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır

Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır

Bu legioner “Sabah”dan GEDİR

Bu legioner “Sabah”dan GEDİR

Bakının mərkəzində ÖLÜM: 92 yaşlı kişi kafedə öldü

Bakının mərkəzində ÖLÜM: 92 yaşlı kişi kafedə öldü

Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

Sosial ödənişlər BU TARİXDƏ veriləcək

Sosial ödənişlər BU TARİXDƏ veriləcək

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO

Qurban Qurbanov: “Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta üçün əlavə ödəniş TƏLƏB EDİLƏCƏK

Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta üçün əlavə ödəniş TƏLƏB EDİLƏCƏK

Paşinyan: “Mən şadam ki, ailəmizi xilas etmək şansım var”

Paşinyan: “Mən şadam ki, ailəmizi xilas etmək şansım var”

Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

Rusiyadan SENSASİON İDDİA – Avropa ölkələri Kalininqrada hücuma hazırlaşır

Bu kiçik hiyləni öyrəndikdən sonra çayı həmişə belə dəmləyəcəksiniz

Bu kiçik hiyləni öyrəndikdən sonra çayı həmişə belə dəmləyəcəksiniz

End of content

No more pages to load

RADİO