Keçmiş məmurların tender imperiyası – Milyonlar necə GÖYƏ SOVRULUR?

Keçmiş məmur oliqarxiyası demək olar ki, tender və dövlət satınalmalarını qazanc mənbəyinə çevirib. Mətbuatda gedən xəbərlərə nəzər salsaq görərik ki, iri məbləğli tenderlərin əsas “qəhrəmanları” keçmiş məmurlar olur.

1 manat sərmayəsi olan şirkətlərin milyonluq tenderləri....

Çox zaman isə tenderləri “udan şirkətlərin” məhz aşağı sərmayə və qısa müddət ərzində “proksi” şəxslər adına qurulan şirkətlər olur. Lakin elə kresloları ilə vidalaşan keçmiş məmurlar açıq şəkildə də bu işlə məşğul olmaqdan çəkinmirlər. 

Rüşvət maxinasiyaları, mənimsənilən milyonlar...

Nəzər salaq...Faktlar...

Bu yaxınlarda Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə elan etdiyi müsabiqənin qalibi bəlli olub. Qalib Şirkət Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Trucks and Buses” MMC elan olunub.

Qeyd edək ki, qurum “İmprotex” Şirkətlər Qrupuna daxildir. Xəzər MKTB ilə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri isə nə az, nə çox düz 457. 151.35 manat olub.

Bu sadalayacağımız faktların tam başlanğıcıdır. İstənilən insan internet üzərindən araşdırma aparsa daha uzun siyahı əldə edə bilər.

16 milyon 559 min 900 manatlıq tender...

İkinci fakt Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Star Construction-12" QSC olmasıdır.

Şirkət “yarıdacağı işlərə görə” İcra Hakimiyyəti tərəfindən  16 milyon 559 min 900 manat vəsait alıb. Şirkət isə daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri Bayramov Mirsahib Atamalı oğluna aiddir.

Digər fakta əsasən Göygöl Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 859 424.66 AZN olan müqavilə imzalayıb. Şirkət Nazim Məmmədov adnda şəxsə məxsus olmasına baxmayaraq, gizli mənbə bildirir ki, həqiqətdə o keçmiş yüksəkçinli məmurlardan birinə aiddir. Xatırladaq ki, bu şirkət bir neçə dəfə böyük məbləğli tenderlərin qalibi olub.

Səlim Müslümovun “yaxın adamı”...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin keçmiş müdiri Raquf Məmtiyev isə Yevlax Şəhər İcra hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.

O, “Təmir-İnşaat” MMC şirkəti vasitəsilə tender zamanı qazanan “işlərinin” yerinə yetirmək üçün İcra hakimiyyəti ilə 630 353 manatlıq müqavilə bağlayıb. Burada isə maraqlı iki məqam var. Məlumata görə, R.Məmtiyev keçmiş nazir Səlim Müslümovun yaxın adamı kimi tanınıb. Digər fakt isə şirkətin kapitalının cəmi 10 manat təşkil etməsidir.

Burada bir sual ortaya çıxır? Keçmiş məmurlar hansı pullar ilə bu sərmayəni əldə ediblər ki, bu cür tenderlərin qalibi olub ortaya hər hansı bir kapitalı təqdim edə bilsinlər. Axı, onlar hər zaman rüşvət, korrupsiya hallarını inkar ediblər.

Qeyr-rəsmi sövdələşmələr, subyektiv maraqlar...

İqtisadçı Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirb ki, bu cür hallar son zamanlar deyil, bir neçə ildir ki, belə hallar mövcuddur.

“Uzun zamandır ki, bu cür hallar formalaşıb. Çünki zamanında kapital yığımı ədalətsiz formada davam edib. Formalaşan şirkətlər daha çox məmurlara məxsus idi. Çünki toplanmış qeyri-qanuni vəsaitlər vasitəsilə bu şirkətlər investisiya edilirdi.

Eyni zamanda səlahiyyətlərdən sui-istifadə imkanları da normal biznes şərtlərini pozaraq məhz bu biznes subyektlərinin dominantlığına gətirib çıxarıb. Bu gün bir tərəfdən qeyr-rəsmi sövdələşmələrin, subyektiv maraqların təcrübəsində dövlət trenderlərində iştirak edən müəssisələr məmurlara məxsusdur.

Bir tərəfdən də bu əvvəlki dövrlərdə formalaşmış qeyri-qanunilikdir ki, bazarda rəqabət aparan şirkətlər yox dərəcədədir. Zamanında məmur müdaxiləsi rəqabət apara biləcək şirkətlərin inkişafının qarşısını aldı. Bu gün keçmiş məmurların bu tenderlərin qalibinə çevrilməsində xüsusi bağların, tanışlığın da böyük rolu var. Bundan başqa şirkətlər də bu hala öyrəşib və dəstəyi olan şirkətlərlə işləməyi daha da asan sayırlar”.

Keçmiş məmurlar miyonluq tenderlərdə...

İqtisadçı həmçinin qeyd edib ki, vaxtilə kresloda əyləşən məmurlar bununla da qeyri-qanuni vəsait toplamalarını bir növ etiraf edirlər.

“Bəzi məsələlər var ki, onlar aksiomadır. Bunların sübuta ehtiyacı yoxdur. Bu keçmiş məmurların da miyonluq tenderlərdə iştirakını aksiomaya bənzətmək olar. Məsələ ondadır ki, onlar mal varlıqları haqqında izahat verəndə isə ortaya çox absurd hallar çıxır.

Məsələn 13 yaşlı uşağın xaricdə biznesi ortaya çıxır. 17 yaşlı gəncin dünya səviyyəli bir şirkətin rəhbəri olması məlum olur. İzahatlar o qədər süni olur ki. Uzun müddət dövlət büdcəsi mənimsənilib və bunun nəticəsində iri məmur biznesləri ortaya çıxıb”.

Sonda R.Həsənov kiçik kapitallı şirkıtlərin milyonluq tenderlərdə iştirak etməsi məsələsinə də toxunub.

“Təəssüf ki, bu şirkətlərin nizamnaməsi barədə qanunda boşluq var. Şirkətin dövriyyəsi ilə onun kapitalı arasında uzlaşdırıcı hər hansı bir mexanizm yoxdur. Kapitalı 10 manat olan şirkət milyonluq tenderdə iştirak edir. Bu formal xarakter daşıyır. Qanunvericilikdə bu sahədə böyük boşluq var”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

End of content

No more pages to load

RADİO