Düşmənin qorxulu yuxusuna çevrilən Aprel şəhidi: "Murov Qartalı"nın doğum günüdür - FOTO

"Raqufla 1991-ci ilin Mayında “Nasosnu”da tanış olduq. Əsgər gedirdik. Həmyerli olmağımıza baxmayaraq, ilk tanışlığımız oradan başladı. Sonra təyyarə ilə Özbəkistana uçduq. Hərbi xidməti Özbəkistanda keçirdik. 10 ay birlikdə xidmət elədik. Ancaq on ay sonra Qarabağda yaranan problemləri eşidib Azərbaycana dönmək istədiyimizi bildirdik. İcazə vermədilər. Hərbi xidmətdən isə yarımçıq qaçmaq istəmirdik. Təsadüfən biz azərbaycanlı zabit, kapitan Natiq Əhmədovla tanış olduq. Onun apardığı danışıqlardan sonra bizə on günlük məzuniyyət verdilər ki, “gedin ölkənizə, onsuz da sovet dağılır, komissarlığınıza müraciət edin, sizi uyğun bildikləri yerə göndərsinlər”. Belə də oldu. Mən Şuşanın müdafiəsini edən bölmələrə, Natiq Əhmədovla Raquf isə Ağdamda qaldılar. Natiq rəhmətlik Allahverdi Bağırovun 845 saylı batalyonunun qərargah rəisi idi. Raquf da onun bölməsində döyüşürdü".

Haqqında söhbət açacağımız xalq qəhrəmanı, şəhid polkovnik-leytenant Raquf Orucovun bu gün doğum günüdür. O Raquf ki, adı əfsanələrə imza olub, düşmənin kin-küdurət, qəzəb dağına çevrilib. Silahlı qüvvələrinin bir çox bölmələrində müxtəlif vəzifələrdə şərəflə xidmət edib. Sivil həyatda isə dosta, yoldaşa özünəməxsus sədaqət və vəfa ehtiva edib.

Bizim.Media qəhrəmanın ən yaxın dostlarından olan Şakir İsmayılovla həmsöhbət olub.

Şakir də Raquf kimi qanlı-qadalı səngərlər görüb. İtkinin nə olduğunu yaxşı anlayır. Ancaq Raqufun itkisi, onunla bağlı xatirələr səngər adamını göz yaşlarına qərq edir:

"Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra mən də Ağdama Raqufgilin yanına gəldim.

O, məndən əvvəl yaralanmışdı. Birinci Qarabağ müharibəsində xeyli döyüş yolu keçdik. Birlikdə hərbi məktəbə yollanıb ali hərbi təhsil almağa başladıq. Mən təhsilimi yarımçıq qoysam da, o, zabit olmağı bacardı".

Fotoda Şakir İsmayılov



Şakir İsmayılov deyir ki, Ağdam şəhərinin işğal edilməsi çox ağır təsir edib: “Mən məktəbdən cəbhəyə döndüm. Raquf isə qisas yanğısı ilə yaşadı. Həm anası Raya xanımın ermənilər tərəfindən qətlə yetirilməsi, həm də torpaqların işğal altına düşməsi onu bir dəqiqə də olsun dinc qoymurdu. Hər gün özünü döyüşə hazırlayırdı. Hər gün qisas gününü gözləyirdi. Xidmət etdiyi bölmələrdə şəxsi heyəti qarşısında çıxışları işğalda olan torpaqlar, əsir götürülmüş qız-gəlinlərin qisasından bəhs edirdi. Ağdamda yerləşən n saylı hərbi hissədə öz doğum gününü, hətta bütün əlamətdar günlərini ön xəttə olan əsgərləri ilə keçirirdi. Biz heç vaxt onun gözlərindəki nisgilin yox olmasına nail ola bilmədik. “Komandir, doğum gününü qeyd edək”, deyəndə, “doğum günümü Qarabağda qeyd edəcəm. Onda həmin gün mənə halal olacaq” deyirdi".

Raquf Orucov silahlı qüvvələrdə "Murov Qartalı" ləqəbini çətin kəşfiyyat əməliyyatlarından birinin uğurla bitməsindən sonra qazanmışdı. O, Kəlbəcər istiqamətində düşmənin alay komandirinin oğlunu girov götürüb, çətin hava şəraiti nəticəsində azaraq düşmən əlinə keçən əsgərlərlə dəyişib. Beləliklə ona "Murov Qartalı" kod adı verilib.

Sonuncu döyüşü isə 2016-cı ilin Aprel döyüşlərində, Talış istiqamətində baş tutub. O, Talış kəndi ətrafında yerləşən yüksəkliklərin azad edilməsi uyğunda gedən döyüşlərdə şəhid olub.

Şakir İsmayılov bildirib ki, onun şəhidlik xəbərini digər dostları Yasən Əhmədovdan (İkinci Vətən müharibəsində şəhid olub) alıb: "Yasən rəhmətlik zəng edib dedi ki, qardaşımızı şəhid etdilər. Onun nəşini əvvəlcə Gəncəyə aparmışdılar. Lakin sonra, Sumqayıtda dəfn edilməsi uyğun görüldü. Onun dəfnində Sumqayıtda insan izdihamı yaşandı. Hərkəs bayrağa sarılıb gəlmişdi. O, əsl qəhrəman idi. Elə qəhraman kimi torpağa tapşırıldı. Kaşki bu günləri görəydi. Mən əminəm ki, o doğma yurdda hər ad gününü böyük təntənə ilə - səngər yoldaşlarının ətrafında qeyd edəcəkdi. Yaxın dostu kimi onunla fəxr edirəm".

Məzarı Sumqayıtda, ruhu Ağdamda olan qəhrəmanın növbəti doğum günüdür. Bəli, həmsöhbətimiz də qeyd etdiyi kimi əgər sağ olsaydı, doğma Kolanı elində təntənəli doğum günləri qeyd olunardı. Raquf Orucov canı qədər sevdiyi Vətənə öz sevgisini sübut edərək, Vətən adam oldu.











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO