“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir.

Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri report-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:

"Rusiya Jurnalistlər İttifaqı (RJİ) "Sputnik Azərbaycan”ın saxlanılmış əməkdaşlarını "jurnalist” statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur.

Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar.

Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər:

"Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.

Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür”.

MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə səs qaldığını bildirib:

"Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var.

Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO