Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirildi - FOTO

Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən məlumat verilib.

İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın energetika naziri German Qaluşenko arasında görüş olub. Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Hökumətlərarası komissiyanın hibrid formatda keçirilən iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.

Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.
 

Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko isə deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir. “Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir.


Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”, - deyə nazir əlavə edib.

Müzakirələrdən sonra hökumətlərarası komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kiyevdə keçirilməsinə qərar verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO