Türkiyədə gənə KABUSU - Ölənlərin sayı 11-ə çatdı

Türkiyədə Krım-Konqo qanamalı qızdırması (KKQX) təhlükəsi artmaqda davam edir. Xüsusilə Sivas vilayətində gənələrin səbəb olduğu bu ölümcül virus geniş yayılaraq ciddi narahatlıq yaradıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin mart ayından etibarən Sivasda gənə dişləməsi nəticəsində yayılan KKQX virusuna yoluxanlardan 11 nəfər həyatını itirib. Sonuncu ölüm hadisəsi vilayətin Mərkəz rayonuna bağlı Gülpınar kəndində baş verib. Məlumata görə, zərərçəkmiş şəxs vaxtında səhiyyə müəssisəsinə müraciət etsə də, vəziyyətinin ağırlığına görə həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislər bu xəstəliyin əsas daşıyıcısı olan "Hyalomma" cinsinə aid gənələrin aktivləşdiyini bildirirlər. Yaz və yay aylarında gənələrin çoxalması ilə yoluxma riski də artır. Xəstəlik əsasən heyvanlarla təmasda olan insanlar arasında daha çox yayılır. Ən böyük risk qrupunu isə kənd təsərrüfatı işçiləri, çobanlar və açıq sahədə çalışan şəxslər təşkil edir.

Səhiyyə qurumları əhalini xüsusilə təbii ərazilərdə olarkən diqqətli olmağa çağırır. Uzunqol geyimlər geyinmək, açıq sahələrdə yerə oturmamaq, dəridə gənə aşkarlanarsa, onu əllə çıxarmağa çalışmadan dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, Türkiyədə hər il bahar və yay aylarında gənə ilə bağlı yoluxmalar artır. Bununla əlaqədar olaraq, hökumət və səhiyyə qurumları tərəfindən maarifləndirmə kampaniyaları aparılır və riskli bölgələrdə tədbirlər gücləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

End of content

No more pages to load

RADİO