“İstefa verdim, amma aktyor kimi çalışmağıma şərait yaradılmadı”

Xəbər verdiyimiz kimi, Azərbaycan Pantomim Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev istefa ərizəsi yazaraq işindən ayrılıb.

Bizim.Media xəbər verir ki, aktyor Azxeber.com-a açıqlamasında işdən 6 ay öncə ayrıldığını bildirib:

"İki gündür telefonlarım susmur, eşidən hər kəs zəng edir. İlk və son dəfə bu haqda danışacağam. Bu istefa 6 ay öncə baş verib, sadəcə sizə məlumat gec çatıb. Bunun səbəbini isə birbaşa Mədəniyyət Nazirliyindən soruşmaq lazımdır. Onların bu barədə açıqlama verməməsinin səbəbi nədir, bilmirəm. Mənim yerimə təyinat da olub".

Aktyor teatrda çalışması üçün ona heç bir şərait yaradılmadığını qeyd edib:

"Rəhbərlikdən istefa versəm də, orada aktyor kimi çalışmağıma belə heç bir şərait yaratmadılar. Mən Pantomim teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hal-hazırda işsizəm. Aktyor hər yerdə çalışa bilər, sadəcə gərək təklif gəlsin. Mən kiminsə qapısında oturub iş istəyən deyiləm, heç vaxt da belə biri olmamışam. İndidən sonra da bunu etməyəcəyəm. Hazırda Dövlət Televisiyasında "Fatehlərin divanı" televiziya tamaşasında həm aktyorlar üzrə rejissoram, həm də rol alıram. İncəsənət aləminin mənə ehtiyacı var, amma verilən qiymət çox dəyərsizdir və mən tək deyiləm. Bizim dəstəmiz çox böyükdür. Bu acı reallıqdır".

Əməkdar artist bildirib ki, Mədəniyyət Nazirliyinin nə üçün 6 ay müddətində bu xəbəri ictimaiyyətlə bölüşməməsindən xəbərsizdir:

"Mən bilmirəm nə üçün Mədəniyyət Nazirliyi 6 aydır bununla bağlı heç bir açıqlama verməyib. Nə üçün? Çox maraqlıdır. Və birdən-birə bu xəbər medianın gündəminə düşür və mən ölkədə ən çox axtarılan adam oluram. Bəs indiyə qədər niyə mən heç kimin yadına düşmürdüm? Bu çox acınacaqlı haldır. Çünki Azərbaycanda Pantomim deyəndə mən yada düşürəm, Elman Rəfiyev yada düşür. Mən bu işin tarixini yazmışam. Məni bu tarixdən kimsə silə bilər? Xeyr! Mən tarixdə əbədi olaraq qalacağam!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şuşada bərpa olunan abidələrin SİYAHISI

Şuşada bərpa olunan abidələrin SİYAHISI

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Qubadlı sakinlərinə MÜJDƏ – Bu kəndlərdə işlər tezliklə yekunlaşacaq – FOTO

Qubadlı sakinlərinə MÜJDƏ – Bu kəndlərdə işlər tezliklə yekunlaşacaq – FOTO

Dünyanın ən gözəl aktrisası İslamı qəbul edib? – VİDEO

Dünyanın ən gözəl aktrisası İslamı qəbul edib? – VİDEO

Yayda bu meyvələrin qiyməti KƏSKİN ARTACAQ

Yayda bu meyvələrin qiyməti KƏSKİN ARTACAQ

“Allah haqqı bilmirəm, müəllim” - Məşqçi ilə idmançımız arasında dialoq – VİDEO

“Allah haqqı bilmirəm, müəllim” - Məşqçi ilə idmançımız arasında dialoq – VİDEO

Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

Çindən TƏCİLİ ÇAĞIRIŞ – Dərhal bu ölkəni tərk edin

Çindən TƏCİLİ ÇAĞIRIŞ – Dərhal bu ölkəni tərk edin

MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

Bakıda parkda meyit TAPILDI

Bakıda parkda meyit TAPILDI

"Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır – VİDEO

"Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sahibkarlar üçün YENİLİK – Bu üsulla vəsait əldə edə biləcəklər

Sahibkarlar üçün YENİLİK – Bu üsulla vəsait əldə edə biləcəklər

Sələmçiliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Sələmçiliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

İrandan Rusiyaya Hörmüz JESTİ

İrandan Rusiyaya Hörmüz JESTİ

Adı “Qarabağ”la hallanan futbolçu “Neftçi”nin transfer HƏDƏFİNDƏ

Adı “Qarabağ”la hallanan futbolçu “Neftçi”nin transfer HƏDƏFİNDƏ

Tramp: “Putini mən dəvət etməmişəm” – VİDEO

Tramp: “Putini mən dəvət etməmişəm” – VİDEO

End of content

No more pages to load

RADİO