Təsbeh çevirməyin MÖCÜZƏVİ FAYDALARI – Gündə 5 dəqiqə vaxt ayırsanız...

Keçmiş dövrlərdən bu yana əhəmiyyətini heç vaxt itirməyən bir vərdiş – təsbeh çevirmək həmişə diqqət mərkəzində olub. Daha çox kişilərin əl vərdişi olan təsbeh çevirməyin faydalarını bilsələr, elə qadınların da vazkeçilməzi olar. İlk baxışda dini məna daşıyan bu hərəkət, əslində insan psixikasına və orqanizminə bir sıra müsbət təsirlər göstərirmiş.

Dini inanclara görə, təsbeh çevirmə prosesi adətən dua, zikrlə müşayiət olunur. Psixoloqlar isə deyirlər ki, insan duanı vacib bildiyi üçün edir, amma qeyri-ixtiyari olaraq düşünmə prrosesi gedir, yəni beynin istehsal gücü artır. Bu, beynin teta dalğalarını (meditasiya zamanı aktiv olan beyin siqnalları) artırır.

Təkrarlanan hərəkətlər zehni sakitləşdirir, stress hormonlarını azaldır və rahatlanmanı sürətləndirir. Xüsusilə panik atak, stress hallarında bu sadə hərəkət insanı real həyata qaytarmağa yardımçı ola bilər. Xüsusən uşaqlar üçün fokuslanma məşqidir.

Təsbeh xüsusən uşaqlara və yaşlılara lazımdır

Həkimlər də təsbehin tərəfindədirlər. Deyirlər ki, əl və barmaq əzələlərinin hərəkətdə olması qan dövranını yaxşılaşdırır və əzələləri aktiv saxlayır. Yaşlı insanlarda bu, əllərin keyləşməsinin və oynaq ağrılarının qarşısını ala bilər. Təsbeh çevirmə zamanı yaranan barmaqların ahəngdar hərəkətləri ürək ritmini sabitləşdirir və qan təzyiqini müəyyən qədər tənzimləyir. Həmçinin zikr əsnasında insanın tənəffüsü yavaşlayır, bu da sinir sisteminə sakitləşdirici siqnallar ötürür.
 

Maraqlıdır ki, təsbeh təkcə İslam dinində deyil, digər dinlərdə də geniş yayılıb.  Buddistlərdə təsbeh “mala” və ya “prenba”, xristian pravoslavlarda “lestovka”, “vervitsa”, katoliklərdə isə “rozari” adlanır.


Əslində təsbehin adı “subha”dır (“sübhanallah” sözünün qısaldılmış forması) Təsbeh – yalnız fars və türk dillərində deyilir. Əfqanlar ona “tisba”, tatarlar “disbel” deyirlər. Ancaq fikir verin, hamısında “s-b” hərfləri var.  Yəni "Sübhanallah”.

Bəzi ilahiyyatçılar təsbehin bəzək əşyası kimi istifadə olunmasını qəbul etmirlər, amma digər dinlərdə bu məqbuldur.

Elə günümüzdə də təsbehdən həm boyun, bilək üçün istifadə olunur. Maşın aksessuarı kimi də çox yayılıb. Bəziləri müxtəlif müsbət yüklü təbii daşlardan, müqəddəs yerlərin gil-torpağından hazırlanmış təsbehləri talisman kimi istifadə edirlər. Bəzi insanlar isə üstünə dua oxunmuş təsbehlərə üstünlük verirlər. Bir sözlə, təsbeh həm imanın, həm də fərdiliyin rəmzidir.

Şəfiqə Şəfa, Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO