Virtual TƏHLÜKƏ – Gənclərin sosial mediada ideal görünmək arzusunun QORXUNC FƏSADLARI

İndiki gənclər nədənsə olduqları kimi görünmək yox, görünmək istədikləri kimi olmaq istəyirlər. Bunun üçün də bütün imkanları səfərbər edirlər. Təbii ki, bu məsələdə gənclərin ən yaxşı “yardımçısı” sosial mediadır. Təəssüf ki, gənclər sosial mediada ideal görünmək üçün özlərini dəyişdirir, filtrlərdən istifadə edərək başqa variantda təqdimat edirlər. Bu addım ötəri və aldadıcı uğur gətirsə də, son nəticədə virtual və real kimlik arasında uyğunsuzluğa səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

İstifadəçilər “TikTok”da orta hesabla 99 dəqiqə vaxt keçirir – VİDEO


Gənclər sosial media fenomeni olmaq üçün hər vasitəyə əl atırlar. “Like” və izləyici qazanmaq üçün hətta qəbul edilməsi çətin olan metodlara da baş vururlar.

Əslində sosial media gənclərə ifadə və ünsiyyət imkanı yaratsa da, bununla birlikdə özünü tanıma, real və virtual kimlikləri uzlaşdırma kimi çətinliklər də doğurur. Üstəlik şəxsiyyəti cəmiyyət yox, real olmayan virtual aləm formalaşdırır.

Belə formalaşma isə cəmiyyəti məhvə aparır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov deyir ki, reallıq ondan ibarətdir ki, sosial media işimizi asanlaşdırmaqla yanaşı bizlərə bəzi problemlər yaşadır:

“Gənclərin psixologiyasına sosial media ciddi təsir edir. Hətta bir çox hallarda onlarda kimliyi formalaşdırır. Ən pisi də odur ki, sosial şəbəkələrin Azərbaycan seqmenti daha çox məzmunsuz, qalmaqallı və hətta təhqirlərlə dolu paylaşımlarla diqqət çəkir. Bu isə gənclərin yanlış formalaşmasına təkan verir. Bu daha çox sosial media savadlılığının bizim cəmiyyətdə aşağı olması ilə bağlıdır”.

Müsahibimiz problemin həlli üçün ziyalılar, elm adamları, müəllimlərin sosial mediada fəal olmasını zəruri hesab edir:
 

“Sosial mediadakı çirkinliklərin təmizlənməsi üçün mütləq şəkildə ziyalıların qətiyyəti lazımdır. Ona görə də biz bu məsələyə xüsusi həssalıq göstərməliyik. Çalışmalıyıq ki, gənclərin formalaşmasında sosial medianın təsirlərini azaldaq.


Təəssüf ki, bugünkü gəncliyimizin fikir və düşüncələrinə sosial media daha çox təsir edir. Bu da gələcəyimiz olan gəncliyi daha çox yanlış istiqamətlərə yönləndirir. Ona görə də bu problem üzərində çox işləməliyik. Çalışmalıyıq ki, sosial medianın gənclərə zərərli təsirləri minimuma ensin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

End of content

No more pages to load

RADİO